BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
23667

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kredit portfelinin sekyuritizasiyası mexanizminin yaradılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

“Layihə hüquqi ekspertizaya təqdim olunub və hazırda Mərkəzi Bankda daxili müzakirəsi aparılır”, - AMB-dən bildirilib.

Açıqlamaya görə, ölkə Prezidenti tərəfindən 22 iyul 2022-ci il tarixində təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1.2.2-ci tədbirinin (Maliyyəyə çıxışın artırılması) 6-cı alt tədbiri (Korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi) çərçivəsində 2023-cü ilədək sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması əsas nəticə indikatoru kimi müəyyən edilib.

Qeyd edək ki, kredit portfelinin sekyuritizasiyası girov kimi istifadə oluna bilən korporativ qiymətli kağızların həcminin artırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulur.

“Girov bazasının genişlənməsi, o cümlədən dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın notlarının həcminin artması banklararası bazarda əməliyyatların aktivləşdirilməsinə dəstək verən amillərdəndir. 2022-ci ilin I yarımilliyinin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcminin 13 %, Mərkəzi Bank notlarının 44 % artması banklar arasında bağlanan repo əməliyyatlarının həcminin 4 dəfədən çox artmasında töhfəsini verib”, - açıqlamada deyilir.

Məlumata görə, pul bazarının inkişafı və risksiz qiymətli kağızların həcminin tənzimlənməsi məsələləri ilə bağlı AMB Maliyyə Nazirliyi ilə daim müzakirələr aparır və əlaqəli məsələlərin koordinasiyasını diqqətdə saxlayır.

Banklararası pul bazarının yenidən formalaşdırılması istiqamətində görülən işlərə toxunaraq AMB-dən bildirilib ki, banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat çərçivəsi və platformasının təkmilləşdirilməsi istinad faizi indekslərinin hesablanması metodologiyasının hazırlanması və digər tədbirlər nəzərdə tutulur: “Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması da banklararası bazarda aktivliyin artırılması baxımından əhəmiyyətlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin