Mərkəzi Bankda yeni təyinatlar
Azərbaycan Mərkəzi Bankının strukturunda bir sıra yeniliklər olub.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, Bankın yeni binasının tikintisi ilə bağlı "Yeni binanın tikintisi" şöbəsi yaradılıb.
Bununla yanaşı, İnformasiya Təhlükəsizliyi şöbəsinin rəhbəri dəyişib. Bu vəzifədə Anar Kazımovu Elvin Şahverdiyev əvəzləyib.
Bankın "Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti"nə, "Korporativ İdarəetmə Departamenti"nin adı isə "Korporativ idarəetmə və katiblik departamenti"nə dəyişdirilib.
Bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb.
Məlumata görə, indiyə Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.
Yeni yaradılan Lisenziyalaşdırma şöbəsinə isə Elnur Allahverdiyev rəis təyin edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay