Bank
30.06.2022 / 17:02
İpoteka və Kredit Zəmanət Fondu 25 milyon manatlıq borca girib - İstiqraz emissiyası
22739
İyunun 30-da İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Valyuta.az-a Bakı Fond Birjasından bildirilib.
Məlumata görə, İKZF-nin 25 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Qeyd edək ki, hərrac qiyməti min manat olan istiqrazların tədavül müddəti 7200 gün, təklif edilən illik faiz dərəcəsi isə 3,25%-dir.
İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay