BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
22725

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC, bu il 29-cu ilini qeyd edir. Bank 1993-cü il, 30 iyunda təsis edilmiş və fəaliyyətinin ilk vaxtlarından bugünədək innovativ bankçılıq həlləri ilə müştərilərin rəğbətini qazana bilib.

Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin davamlı inkişafı, göstərilən xidmətləri genişləndirmək, ənənəvi bank xidmətlərini rəqəmsala daşımaq və şərtlərini asanlaşdırmaqdır. Bu, həm Bankın sloqanında – “Rahat bankçılıq”, həm də fəaliyyətində və xidmətlərində öz əksini tapır.

Hazırda “Rabitəbank” müştərilərə müxtəlif növ bank xidmətləri (hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və s.) göstərir. Hal-hazırki dövrdə bankın aktivləri 1 milyard manat, kredit portfeli isə 600 milyon manata yaxınlaşıb. Qeyd etmək istəyirik ki, Rabitəbank-ın flaqman məhsulu olan “Rabita Mobile”, 700-ə yaxın ödəniş növü ilə ölkənin ən böyük ödəniş platformalarından biridir.

“Rabitəbank” müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsidir. Bank sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edir. Beynəlxalq qurumlarla əlaqələrini daima genişləndirən Rabitəbank, yaxın keçmişdə “İslam İnkişaf Korporasiyası”, “Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V” fondu və “Qara Dəniz Ticarət və İnkişaf Bankı” ilə uğurlu əməkdaşlıqların bünövrəsini qurmuşdur. “Rabitəbank” Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına davamlı maliyyə dəstəyi həyata keçirir. Bunlara kiçik və orta biznes nümayəndələri arasında təchizat zəncirinin maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, invoysların və sifarişlərin maliyyələşdirilməsi, kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi üçün biznes krediti məhsulları daxildir.

Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öndə olan “Rabitəbank”, 29 illik fəaliyyət dövründə rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib. Bank yenilənmiş İnternet Bankçılığı, “Apple Pay” və “NFC” ödənişlərin mümkünlüyü, “Rəqəmsal Kreditləşmə” və bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil Bankçılığı ilə müştərilərinə rahat və distant bankçılıq xidmətləri göstərməkdədir.

Rabitəbank fəaliyyətinin 29-cu ildönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin