Dünya Bankının regional direktorları Bakıya gələcək
Dünya Bankının Bərabər İnkişaf, maliyyə və institutlar üzrə regional direktoru Lalita Murti (Lalita Moorty) və qurumun Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus sabah Bakıya gələcək.
“Report”un əldə etdiyi məlumata görə, səfər iyunun 3-dək davam edəcək.
Məlumatda deyilir ki, səfərdə əsas məqsəd yeni hazırlanmış Azərbaycan üzrə tədqiqatın - Ölkə üzrə İqtisadi Memorandumun tərəfdaşlara və ictimaiyyətə təqdim edilməsidir.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankınжт üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.
Hazırda DB-nin Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay