BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
21789

Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 000-dən çox insan Gəncə Şəhər İcra Hakimiyyəti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasındakı əməkdaşlıq sayəsində şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaq.

Valyuta.az xəbər verir ki, bu barədə  Gəncə İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, bu gün AYİB-in birinci vitse-prezidenti Yurgen Rigterink, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında imzalanan sazişlərdə, AYİB şəhərin bərk məişət tullantılarının toplanması infrastrukturunun yaxşılaşdırılmasına sərmayə qoyuluşunu öhdəsinə götürüb. Layihə Gəncənin AYİB-nin “Yaşıl Şəhərlər” (EBRD Green Cities) proqramına cəlb edilməsinin bir hissəsidir və şəhərin “Yaşıl Şəhər” Tədbirlər Planının (YŞTP) inkişafına təkan verəcək.

10 milyon avroluq kredit tullantıların ağıllı toplanması və marşrutun optimallaşdırılması sistemlərinin tətbiqinə sərf olunacaq. Yeni konteyner növləri, mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi şəhərin kommunal xidmətlərində karbon izinin əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək. Bugünkü razılaşma müasir regional sanitar poliqonun tikintisi ilə bərk məişət tullantılarının təkmilləşdirilməsinin başa çatdırılmasına yönəlmiş növbəti layihəyə yol açacaq.

Tullantıların toplanması xidmətlərinin əhatə dairəsinin artırılması və genişləndirilməsi tullantıların nəzarətsiz yandırılmasını minimuma endirəcək, eyni zamanda əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına imkan verəcək. Bu tədbirlər həmçinin kommunal xidmət sahəsi işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

5 milyard avro dəyərində olan AYİB Yaşıl Şəhərlər proqramı üzv şəhərlərə xüsusi olaraq “Yaşıl Şəhər” Tədbirlər Planı hazırlamaq və hər bir şəhərin şəhər problemlərini həll etmək üçün məqsədyönlü sərmayələr etməklə, ən aktual ekoloji problemlərini müəyyən etmək, prioritetləşdirmək və həll etmək üçün dəstək verir. Gəncə bu proqrama 2020-ci ildə qoşulmuşdur. Qeyd edək ki, Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir.Hazırda “Yaşıl Şəhərlər” proqramının 56 üzv şəhəri var.

Məlumat üçün bildirək ki, AYİB Azərbaycanda mühüm institusional investordur. Bu günə qədər Bank ölkəyə 181 layihə vasitəsilə 3,5 milyard avrodan çox sərmayə yatırımı edib. Bankın ölkədəki strategiyası Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorlarında özəl sektorun inkişafına kömək etmək səylərinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin