Bank
12.05.2022 / 14:18
Azərbaycanda bankların dollara tələbi yenidən artıb
21779
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Valyuta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 45,5 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (10 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 12% artıb. Ötən valyuta hərracında bankların tələbi 40,6 mln. ABŞ dolları təşkil etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay