11.05.2022 / 17:14
Bankların dollara olan tələbi artıb
21757
Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən məlumata görə, hərracda tələb 40,6 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 31,8% artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay