Bank
10.05.2022 / 17:03
EBRD Azərbaycanın builki iqtisadi artımı ilə bağlı proqnozunu azaldıb
21718
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu azaldıb.
“Report” xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının may sayında bildirilir.
Sənədə əsasən, bu il Azərbaycanda iqtisadi artımın 4,5 % olması gözlənilir ki, bu da martda verilmiş proqnozla müqayisədə 0,5 faiz bəndi azdır.
EBRD gələn il isə Azərbaycanda ÜDM-in 2,5 % artacağını proqnozlaşdırır. Bu isə, əvvəlki proqnozla eynidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay