“Expressbank” Vətən Müharibəsi iştirakçısına dəstək oldu! (R)
"Expressbank” hər zaman sosial məsuliyyət ehtiva edən layihələrdə aktiv iştirakı ilə seçilmişdir.Bu tip layihələrdə iştirakı hər zaman əsas saymış, təşviqinə və təşklinə dəstək olmaqdan məmnunluq duymuşdur. "Expressbank” tərəfindən layihə çərçivəsində həssas əhali qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin və s.) məşğulluqla təmin edilməsi istiqamətində bir çox vətəndaşa məşğulluq avadanlıqları təqdim edilmişdir.
Daha öncə də Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşlara dəstək olan "Expressbank”, bu dəfə isə daha üç vətəndaşa müraciətləri üzrə müvafiq olaraq dəstək olmuşdur. Vətən Müharibəsi iştirakçısı Anar İsmayılov Kamal oğlunun məşğulluğunu təmin etmək və ona fəaliyyətində dəstək olmaq üçün çatdırılma xidməti avadanlığı təqdim edilmişdir. Həmçinin aztəminatlı vətəndaşlar Elçin Allahverdiyev Ramiz oğlu və Nuriyev Ümid Müşviq oğlu da planlaşdırdıqları fəaliyyət istiqamətləri üzrə müvafiq olaraq çatdırılma xidməti və avto təmizləmə avadanlıqları ilə təmin olunmuşdurlar.
Ümumi olaraq layihə çərçivəsində 40 vətəndaşa dəstək olan "Expressbank”, proqrama müraciət etmiş digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir.
Qeyd etmək istərdik ki, Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay