BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20447

"Mərkəzi Bank məhkəmələrdə qanunsuz təmsil olunur. Onun iştirakı ilə olan məhkəmə prosesləri də qanunsuz keçirilir”.

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
 
Ekspert bildirib ki, Mərkəzi Bank məhkəmələrdə etibarnaməsiz təmsil olunur:

"Etibarnamə varsa belə, o, bir qayda olaraq, səlahiyyətsiz şəxs tərəfindən verilir. Mərkəzi Bank məhkəmələrə onun sədri Elman Rüstəmovun 1 dekabr 2020-ci il tarixli 101s saylı sərəncamından çıxarışı təqdim edir. Həmin sərəncamda deyilir ki, baş direktor Rəşad Orucovun Mərkəzi Bankı məhkəmələrdə təmsil etmək və etibarnamə vermək səlahiyyəti var. Halbuki, Mülki Prosessual Məcəllənin 73-cü maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 24.2.1-ci maddəsinə əsasən  Mərkəzi Bankın sədri etibarnamə təqdim etmədən onu təmsil edir. Deməli, Mərkəzi Bankı etibarnaməsiz yalnız Elman Rüstəmov təmsil edə bilər. Digərlərinə də məhz o, etibarnamə verməlidir”.

Əkrəm Həsənov əlavə edib ki, Mərkəzi Bankın sədrinin sərəncamından çıxarış isə etibarnamə deyil:

"Əks halda məhkəmələrə təmsilçiliyi təsdiq edən buna bənzər digər sənədlər (əmək müqaviləsi, əmr və s.) də təqdim edilə bilərdi. Amma məhkəmələr həmişə etibarnamənin təqdim edilməsini tələb edir. O cümlədən hüquqi şəxslərdən. Buna görə də məhkəmələr Mərkəzi Bankın təmsilçiliyini qəbul etməməlidir. Mərkəzi Bankın bu formada verdiyi iddia ərizələri isə geri qaytarılmalıdır. Hazırda belə bir qanunsuz iddialardan birinin geri qaytarılması haqda məhkəməyə vəsatət vermişəm. Görək, nəticəsi necə olacaq. Vəsatətim təmin edilməsə (qanuna görə təmin edilməlidir!), belə çıxacaq ki, digər hüquqi şəxslərin təmsilçiləri də etibarnamə təqdim etməyə bilər. Əvəzində əmr, sərəncam, əmək müqaviləsi və s. ilə çıxış edə bilər. Başqa sözlə, etibarnamə institutu da devalvasiyaya məruz qalacaq...”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin