"Bank VTB" (Azərbaycan) sanksiyalarla bağlı məlumat yaydı
"Bank VTB" (Azərbaycan) hazırda yüksək səviyyədə likvidlik və kapital saxlamaqla maliyyə xidmətlərinin göstərilməsini davam etdirir. Rusiyanın bəzi banklarına qarşı qəbul edilmiş məhdudiyyətlər "Bank VTB" (Azərbaycan)ın müştəri vəsaitlərinin təhlükəsizliyinə və əlçatanlığına təsir göstərməyib.
Valyuta.az-ın məlumatına görə, bu barədə bankın rəsmi açıqlamasında deyilir.
"Bütün hesablar aktivdir və müştəri vəsaitlərini həm bank filiallarında, həm də məsafəli kanallar vasitəsilə idarə edə bilər. Azərbaycan ərazisində milli valyuta ilə bütün əməliyyatları əvvəlki qaydada tam həcmdə aparmaq mümkündür. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir", - bankın məlumatında bildirirlir.
Qeyd edilir ki, ölkə üzrə istənilən bankomat və tərəfdaş banklarda nağd pul çıxarmaq mümkündür və VTB-in ödəniş kartlarının xaricdə fəaliyyəti davam edir və istənilən zaman vəsaiti nağdlaşdırmaq mümkündür.
"Hüquqi şəxslərə bankda təşkilatınıza xidmət göstərilməsi çərçivəsində ABŞ dolları və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti imtina etməyi tövsiyyə edirik. Bank tezliklə müştərilərinə alternativ həllər təqdim edəcək", - "Bank VTB" (Azərbaycan) vurğulayıb.
Xatırladaq ki, Ukrayna böhranı ilə əlaqədar fevralın 24-də ABŞ Rusiyanın ən böyük maliyyə institutu olan "Sberbank"ın ABŞ maliyyə sistemi ilə əlaqəsini kəsmək üçün sanksiyalar tətbiq edib. Bundan əlavə, tam bloklama sanksiyaları "Bank Otkrıtiye", "Sovcombank", "Novikombank" və "VTB Bank"a qarşı tətbiq olunub. "Alfa-Bank", "Qazprombank" və "Rosselxozbank" da yeni sanksiyalarla üzləşib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay