Bank
23.02.2022 / 11:50
Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
20069
2022-ci ilin yanvar ayının sonuna olan məlumata görə, 17 milyard 242 milyon manatlıq kredit qoyuluşlarının 706,5 milyon manatının ödəmə vaxtı keçib.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin həcmi ötən ilin sonu ilə müqayisədə 12,9 milyon manat, 2022-ci ilin yanvar ayının sonu ilə müqayisədə isə 193,9 milyon manat azalıb.
Cari ilin yanvar ayının sonunda vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 4,1% təşkil edib. Ötən ilin yanvar ayında bu nisbət 6,2%, dekabr ayının sonunda isə 4,2% idi.
Cəmi kredit qoyuluşları 2021-ci ilin sonu ilə müqayisədə Yanvarda 122,3 milyon manat, son 12 ay ərzində isə 2 milyard 655 milyon manat artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay