Bank
22.02.2022 / 16:49
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb
20045
Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 58,6 milyon manat məbləğində xalis mənfəət əldə edib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Yanvar ayı ərzində bankların əməliyyat gəlirləri 260,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,5 % çox), əməliyyat xərcləri 166,7 milyon manat (23,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 21,3 milyon manat (2 dəfə az), mənfəət vergisi ödəmələri isə 14 milyon manat (55,6 % çox) təşkil edib.
Hal-hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay