Azərbaycanda məsafədən 2 minə yaxın bank hesabı açılıb
Bu il yanvarın 1-nə Azərbaycanda hüquqi və fiziki şəxslərə məsadəfən 1,6 mindən çox bank hesabı açılıb, habelə istifadəçilər 280-dən çox ödəniş kartı əldə edib.
Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumatda deyilir ki, ötən il maliyyə-bank xidmətlərinə əlçatanlığın artırılması məqsədilə AMB-nin istismara verdiyi “Rəqəmsal İdentifikasiya Sistemi”nin (RİS) əhatə dairəsi bir qədər də genişləndirilib, sistemin platformasında üzün tanınması texnologiyası tətbiq edilib və “Öz müştərini tanı” yanaşmasının effektiv həyata keçirilməsi məqsədilə sistem həm yerli, həm də beynəlxalq bazalarla inteqrasiya təmin olunub. Eyni zamanda, RİS vasitəsilə ölkəyə gəlmədən e-rezidentlər üçün məsafədən bank hesablarının açılması imkanı yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay