Bank
15.02.2022 / 15:38
14 il müddətinə həbs olunmuş sabiq bank rəhbəri yenidən məhkəməyə verilib
19781
“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib.
Onunla bağlı şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.
Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır.
Qeyd edək ki, Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib. //APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay