Bank
11.02.2022 / 13:19
"AGBank"ın bankomatları, “NBC Bank”ın isə avtomobili hərraca çıxarılır
19593
Martın 2-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "AGBank" və “NBC Bank” ASC-lərin daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
Valyuta.Az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət "AGBank"a məxsus "Wincor Nixdorf CİNEO C2550" və "Wincor Nixdorf ProCash 8000" markalı 2 bankomatdan, eləcə də “NBC Bank”a məxsus "Nissan Tiida" markalı minik avtomobilindən gedir. Bankomatlara 20 min manat, avtomobilə isə 11 min manat qiymət qoyulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay