BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19436

"Fitch Ratings" beynəlxlaq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Valyuta.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumatda həmçinin deyilir ki, reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir.

"Azərbaycan hökuməti SGC-nin istiqraz sahiblərinə tam və vaxtında geriyə ödəniş təminatı verdiyi üçün qiymətli kağızların reytinqi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi ilə eyniləşdirilib. İstiqraz sahibləri SGC-yə qarşı hüquqi tədbir görmədən birbaşa dövlətə qarşı iddialarını təmin edə bilərlər. Zəmanət, ingilis qanunları ilə tənzimlənir və bütün digər təminatsız xarici suveren borclarla eyni səviyyədədir. Tarixən, 2016-2020-ci illərdə dövlət büdcələrində zəmanət üçün ehtiyatlar ayrılıb və biz bu təcrübənin davam edəcəyini gözləyirik", - agentlik qeyd edib. 

SGC layihəsinin maliyyələşdirilməsi 6,5 milyard ABŞ dolları həcmində cəlb edilmiş borc və dövlətin 2,4 milyard ABŞ dolları həcmində kapital qoyuluşu hesabına  baş tutub.

“Cənub Qaz Dəhlizi” ötən il heç bir yeni borc götürməyib, 2021-ci ilin sonuna borc ehtiyatının demək olar ki, təxminən 70 %-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) buraxdığı istiqrazlar və avrobondlar, 30 %-ni isə beynəlxalq maliyyə institutları tərəfindən dəstəklədiyi kreditlər təşkil edib.

Azərbaycan hökumətinin proqnozlarına əsaslanaraq Fitch qeyd edib ki, bütün layihələri artıq istismara verildiyi üçün, SGC-nin 2022-ci ildə nağd pula olan ümumi ehtiyacı tamamilə "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər hesabına ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin