“Standard & Poor’s” “PAŞA Bank”ın yüksək kredit reytinqini təsdiqləyib
“Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi bankların və qeyri-maliyyə institutlarının kredit reytinqinə dair hazırladığı hesabatın nəticələrini açıqlayıb.
Beləliklə, Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın reytinqinin sabit olaraq qiymətləndirildiyi və “B+/B” səviyyəsində təsdiq edildiyi məlum olub. Agentliyin rəyinə əsasən “PAŞA Bank” Azərbaycanın kredit bazarında öz aparıcı mövqeyini uğurla qoruyub saxlayır.
Hesabatda geniş müştəri bazası və böyük likvidlik buferi “PAŞA Bank”ın reytinqinin sabit olaraq qiymətləndirilməsinə əsas verib. Ekspertlərin rəyində “PAŞA Bank”ın sistem əhəmiyyətli bank kimi yerli bazardakı mövqeyi, iri və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətdə mühüm paya malik olması xüsusilə vurğulanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay