Bank
27.01.2022 / 10:25
“Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 3 dəfədən çox artıb
19082
“Ziraat Bank Azərbaycan” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Valyuta.Az xəbər verir ki, “Ziraat Bank Azərbaycan”2021-ci ili 7 miylon 33 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 2 miylon 111 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 3,3 dəfə və ya 4 milyon 922 min manat artıb.
Xalis mənfəətin kəskin artması gəlirlərin artması və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsaitin azalması ilə əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay