Bank
28.06.2021 / 10:08
Azərbaycan banklarının xalis xarici aktivləri 8,8 faiz artdı
14662
Bu il iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 19 milyard 255,4 milyon manat təşkil edib.
Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan xəbər verilib.
Bu, mayın 1-i ilə müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 2,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,8 % çoxdur.
Mayın sonuna bankların xalis daxili aktivləri 11 milyard 201,6 milyon manat olub ki, bu da, aprelin sonu ilə müqayisədə 4,3 %, ilin əvvəlinə nisbətən 8 % çox, illik müqayisədə isə 25,4 % çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay