BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
11797

Yüksək faizlər, uzunmüddətli maliyyələşdirmənin əsasən əlçatan olmaması, kreditorların kiçik və orta bizneslərin (KOB) kredit ödəmə qabiliyyətləri haqqında fikrinin aşağı olması, maliyyə savadsızlığı, maliyyə institutlarına inamın az olması və təminat çatışmazlığı səbəbindən Azərbaycandakı KOB-lar maliyyə əlçatanlığı ilə bağlı hələ də çətinliklər çəkirlər.

Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə apardığı təhlilin nəticələrindən məlum olub.

Qeyd olunur ki, hazırda ölkədə özəl sektorun kreditləşməsi ÜDM-in 18% civarındadır və bu, aşağı göstərici sayılır. Bunun əsas səbəb kimi, ölkədəki KOB-ların yalnız kiçik bir qisminin rəsmi maliyyə alətlərindən istifadə etməsi, əksəriyyətinin isə daxili və ya qeyri-rəsmi mənbələrə üstünlük verməsi göstərilir.

AİB qeyd edir ki, KOB-ların maliyyələşdirilmə islahatı hədəflər və göstəricilərə əsaslanaraq daha aydın və daha əhatəli bir strategiya tələb edir. Belə ki, ən yaxşı beynəlxalq təcrübələrin mənimsənilməsi, müəssisələrin konsolidasiyası, yenidən qurulması və yenidən təşkili yolu ilə maliyyələşdirməni daha səmərəli etmək olar.

"Özəl kreditorlar tərəfindən aqrar sığorta, zəmanətlər və islam maliyyələşdirməsi kimi yenilikçi texnologiya və alternativ maliyyə alətlərindən istifadə maliyyə resurslarına çıxışı yaxşılaşdırmaqla yanaşı, anderraytinq potensialını, optimallaşdırılmış məhsul tədarükünü və kənd yerində daha çox müəssisələrin iştirakını gücləndirəcək", - təhlilin nəticələrində deyilir.

Bankın məlumatına görə, yüksək maliyyə savadlılığı və sadələşdirilmiş vergi sistemi KOB-ların kredit ödəmə qabiliyyətini artıra bilər. Bundan əlavə, KOB-ların reyestrinin yaradılması onların göstəricilərinin qeyd edilməsini, saxlanmasını və analizini asanlaşdıraraq daha səmərəli siyasət formalaşdırılmasına gətirib çıxaracaq.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankın (AYİB) bildirmişdi ki, Azərbaycanda şirkətlərin öz daxili layihələrini maliyyələşdirmək üçün AYİB-lə əməkdaşlığı həm də ondan irəli gəlir ki, sözügedən müəssisələr yerli bazarda yüksək məbləğdə məqbul şərtlərlə olan kreditlər cəlb edə bilmir.

30 aprel faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu məsələyə toxunaraq bildirmişdi ki, bu gün bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir, bu, dəyəri olan vəsaitlərdir və banklar onları istifadə etməkdə maraqlıdır lakin, bankların Azərbaycanda bizneslərə uzunmüddətli kredit verməkdə istəksizliyi sözügedən maliyyə təşkilatlarının öz resurslarının qısamüddətli olması ilə əlaqədardır və onlar qısamüddətli resursları ilə uzunmüddətli öhdəlikləri və kreditləri maliyyələşdirmək məcburiyyətindədir, bu isə riskli prosesdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin