BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
10445

“Hazırda Azərbaycanın milli valyutası sabitdir və ötənilki qarışıqlığı (neftin qiymətinin ucuzlaşması valyuta bazarında təzyiqin güclənməsinə gətirib çıxardı) nəzərə alsaq bunun təqdirəlayiq hal olduğunu deyə bilərik”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) Azərbaycan milli valyutası olan manatın və bank sektorunun real vəziyyətini şərh edərkən deyib.

S.Mayklın sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanda aparılan islahatlara dəstək verməyə hazırdır:

“Düşünürəm ki, ötən il bankların kredit portfellərinin həcmində azalmalar baş verib və hökumət problemli kreditlərlə bağlı məsələləri həll etmək üçün bir sıra addımlar atıb. Depozitlərlə bağlı müəyyən çətinliklər mövcuddur və düşünürəm ki, hökumət bank sektorunu gücləndirmək üçün doğru addımlar atır. Dünya Bankının hər ay yenilənən iqtisadi proqnozlarında həm də bu sektorda baş verənlərlə bağlı rəsmi mövqeyimiz yer alır".

S.Maykl hesab edir ki, artıq hökumət bank sektorunda həyata keçirmək istədiyi islahatlarla bağlı əsas diqqətdə saxladığı məsələləri açıqlayıb: 

“Dünya Bankı olaraq biz Azərbaycana bu sahədə də dəstək göstərməyə və sektoru analiz etməyə hazırıq. Biz həmçinin Beynəlxalq Valyuta Fondundan (IMF) olan həmkarlarımızla birgə FSAP (Financial Sector Assessment Program) proqramı çərçivəsində Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini aparırıq [2013-çü ildən] və bura bank sektorunun da bəzi aspektləri daxildir. Beləliklə bu, dövlətin bank sektorunda mövcud olan bəzi problemlərin həlli üçün vastələrdən biri ola bilər”.

Qeyd edək ki, hazırda Azərbaycanda 26 kommersiya bankı mövcuddur. Ötən il 4 bankın ("AGBank", "Amrahbank", "AtaBank" və "NBCBank" ASC-lər) lisenziyası ləğv edilib. 2020-ci ildə bankların aktivlərinin həcmi 2,5 %, depozitlərin həcmi 4 %, fiziki şəxslərin əmanətləri isə 6,5 % artıb. Sektorun cəmi kapitalı isə 2020-ci il ərində 2,5 % artıb. Ölkədə fəaliyyət göstərən bankların əldə etdiyi cəmi mənfəəti 567,8 mln manat təşkil edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 mlrd ABŞ dolları civarında vəsait ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin