BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
60591

"Volkswagen" işçiləri maaş endirilməsinə və zavodların bağlanmasına qarşı 2 saatlıq tətillər keçirib  

Almaniyanın doqquz zavodunda "Volkswagen" işçiləri bazar ertəsi 2 saatlıq növbəli tətillərə başlayaraq, Avropa avtomobil bazarındakı durğunluğa görə şirkətin təklif etdiyi maaş endirilmələrinə və zavod bağlanmalarına qarşı etirazlarını nümayiş etdiriblər.  

Valyuta.Az AP-ə istinadən xəbər verir ki, tətillər "Volkswagen"in Volfsburqdakı əsas zavodunu da əhatə edib. Burada işçilər avtomobil istehsalçısının Almaniyada ilk zavod bağlanması təhlükəsini yaradan qənaət tədbirlərinə qarşı mitinq keçiriblər.  

"Volkswagen" rəhbərliyi Almaniyadakı xərcləri rəqibləri ilə yanaşı, şirkətin Şərqi Avropa və Cənubi Amerikadakı zavodlarında əldə edilən səviyyəyə endirmək məqsədini açıqlayıb. Şirkətin əsas işçi nümayəndəsi Daniela Kavallo isə bildirib ki, cəlbedici məhsullar yaratmaq və daha ucuz elektrik avtomobilləri təklif etmək üçün menecmentin uğursuzluqlarının nəticələrini işçilər çəkməməlidir.  

“Biz tələb edirik ki, hər kəs – həm menecment, həm də səhmdarlar – öz töhfəsini versin,” deyə Kavallo Volfsburqdakı mitinqdə işçilərin təbillər çaldığı, fit səsləri və alqışlarla dəstəklədiyi çıxışında vurğulayıb.  

O əlavə edib ki, növbəti həftə keçiriləcək danışıqlar ya razılığın əldə olunması, ya da münaqişənin eskalasiyasını müəyyən edəcək. “Biz hər iki vəziyyətə hazırıq,” deyə o qeyd edib. 

Almaniyada əmək haqqı danışıqlarının bir hissəsi olan belə "xəbərdarlıq tətilləri" məcburi sülh dövrü başa çatdıqdan sonra həyata keçirilir. "IG Metall" sənaye ittifaqı bildirib ki, bazar ertəsi keçirilən tətillərdən sonra növbəti addımlar barədə məlumat veriləcək.  

Şirkət Almaniyada çalışan 120 000 işçi üçün 10% maaş kəsintisi təklif edir və bəzi zavodlara artıq ehtiyac duyulmadığını vurğulayır. İşçi nümayəndələrinin sözlərinə görə, şirkət üç alman zavodunun bağlanmasını nəzərdən keçirir.  

Aşağı Saksoniyada "IG Metall" sənaye ittifaqının regional lideri Torsten Gröger bəyan edib ki, şirkət bu tətilləri “gözardı edə bilməyəcək”. “Əgər lazım olarsa, bu, "Volkswagen" tarixindəki ən çətin münaqişələrdən biri olacaq,” deyə o qeyd edib.  

Şirkət planlarını rəsmi olaraq ictimaiyyətə açıqlamasa da, Avropa avtomobil bazarında tələbatın azalması, xərclərin artması və Çin avtomobil istehsalçılarından gələn rəqabətin güclənməsi ilə üzləşir. "Volkswagen" əvvəllər Avropa bazarı üçün 16 milyon illik avtomobil istehsalı həcminə uyğun zavodlar inşa etmişdi, lakin indi tələbat təxminən 14 milyona düşüb. Şirkətin rəhbəri Tomas Şaferin ("Thomas Schäfer") sözlərinə görə, bu, ildə 500,000 avtomobil itkisi deməkdir.  

“Uzun illər Çindəki güclü mənfəət şirkətin xərclərini balanslaşdırmağa kömək edirdi, lakin indi dəyişən şərait bu məsələnin yenidən qiymətləndirilməsini tələb edir,” deyə Şafer "Welt am Sonntag" qəzetinə bildirib.  

Tətillər Almaniyanın Zvikau şəhərindəki zavoddan başlayıb və Braunşveyq, Kemnits, Drezden, Emden, Hannover, Kassel və Salzgitterdəki zavodlarda davam etdiriləcək.  

Növbəti danışıqlar 9 dekabr tarixinə təyin edilib.  

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

24 milyon manata yaxın pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb olunub

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Azərbaycanda nəqliyyat sektorunda işləyənlər nə qədər maaş alır? - Cədvəl

Lizinq şirkəti "Azərbaycan Sənaye Sığorta"nı məhkəməyə verdi

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi artıb

“Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

"MİDA"nın 1,5 milyonluq tenderi ləğv edildi

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin