Azərbaycanda ən çox satılan lüks avtomobillər məlum olub - Siyahı
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, 6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1080 ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,8% azdır. 2023-cü ilin ilk yarısında bu rəqəm 1520 ədəd təşkil edib.
2024-cü ilin ilk yarısında Almaniya brendi BMW satışların həcminə görə lider olub - 330 ədəd. Bununla belə ötən ilin eyni dövrünə nisbətən markanın satışları 13% azalıb.
“Mercedes” isə bu ilin altı ayında 242 ədəd ədəd satışla bazar üzrə ikinci (22,4% bazar payı) olub.
Ötən ilin ilk yarısına satışların həcminə görə bazar lideri olan Yaponiya markası “Lexus”un Azərbaycanda satışları bu ilin eyni dövründə 223 ədəd təşkil edib. Markaya aid yeni modellərin satışları son bir ildə 47% azalıb. Ötən ilin eyni dövründə bu rəqəm 424 ədəd təşkil edib.
Bu dövrdə “Land Rover”in satışları 211 ədəddən 157 ədədə, “Audi”nin satışları isə 114 ədəddən 59 ədədə enib.
Siyahıda sonuncu olan “Porsche”nin satışları isə 28% azalaraq 49 ədədə düşüb.
İlk 6 avtomobil brendindən əlavə bu ilin ilk yarısında Azərbaycanda yeni “Volvo”ların satış həcmi məlum olub. Ən təhlükəsiz brend hesab edilən marka altı ayda 61 yeni avtomobil satıb. Qeyd edək ki, “Volvo”nun əvvəlki satış həcmi məlum olmadığı üçün müqayisə aparmaq mümkün olmayıb.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay