BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
60037

Xəbər verdiyimiz kimi, Çinli elektrikli avtomobil nəhəngi "BYD" Türkiyədə 1 milyard dollarlıq investisiya üçün hazırlıqlara start verib. Şirkətin Manisada tikəcəyi fabrikin inşasına 2025-ci ildə başlanılması nəzərdə tutulur. Fabrikin istehsala 2026-cı ildə başlaması və bölgədə 20 min nəfərlik iş yerinin yaradılmasına təsir edəcəyi gözlənilir.

Valyuta.Az xəbər verir ki,"BYD" şirkətinin investisiyası Manisa sakinləri arasında böyük maraq yaradıb. Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrək, "BYD" şirkətinin Manisada fabrik qurmasının şəhər iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyini bildirib.

"Egedesonsöz" xəbər portalına açıqlama verən Zeyrək, təxminən 20 min nəfərlik iş imkanlarının yaranacağı bölgəyə 2 min 500 çinli işçi və ailələrinin köçəcəyini qeyd edib.

Zeyrək, "BYD"-nin sərmayəsinin Manisada qalmasının vacibliyini vurğulayaraq, "Çin küçəsinin də daxil olduğu yeni yaşayış sahələri yaratmağa çalışıram. Mən memaram və bu məsələnin həlli üçün lazımi peşəyə sahibəm", - deyə bildirib.

O, Manisaya daha bir "Vestel" fabriki gəldiyini ifadə edərək əlavə edib:  "Biz təxminən 20 min nəfərin çalışacağı sahədən danışırıq. Burada yan sənaye obyektləri də fəaliyyətə başlayır. Gələn sənayeçiləri yeni sənaye zonalarına yönləndirirəm ki, Soma və Kırkağaç kimi bölgələr inkişaf etsin.

Bu çərçivədə bir logistika mərkəzi yaratmağa çalışırıq. Alsancak limanı artıq həddini doldurub. Biz Somadan Aliağa və Çandarlı limanlarına çıxışı təmin etməyi düşünürük. TCDD ilə bir dəmir yolu xətini əlavə edərək şəhəri yeni logistika mərkəzinə yaymaq niyyətindəyik."

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin