Banka məxsus avtomobillər satışa çıxarılır - Qiymətlər 1 000 manatdan 33 000 manatadək
25 dekabr 2024-cü il tarixində saat 10:00-da hərraca çıxarılacaq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələri haqqında elan açıqlanıb.
Valyuta.az xəbər verir ki, hərraca banka məxsus 21 nəqliyyat vasitəsi çıxarılır.
Əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 15:00-17:00-a kimi keçirilir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Start qiyməti | Ödəniləcək 10% beh (manatla) |
1 | “ABB” ASC | Audi A6 | 77 YB 694 | 2023 | 24000 | 2400 |
2 | “ABB” ASC | Audi A6 | 77 YB 769 | 2023 | 25000 | 2500 |
3 | “ABB” ASC | Audi A6 | 77 YB 693 | 2023 | 21000 | 2100 |
4 | “ABB” ASC | Volvo XC-90 | 99 AR 622 | 2015 | 33000 | 3300 |
5 | “ABB” ASC | Fiat Doblo | 99 JR 913 | 2018 | 20500 | 2050 |
6 | “ABB” ASC | Mercedes Sprinter | 10 JV 749 | 2005 | 9000 | 900 |
7 | “ABB” ASC | Mercedes Sprinter | 10 JT 119 | 2005 | 9000 | 900 |
8 | “ABB” ASC | Mercedes Sprinter | 10 JV 748 | 2005 | 9300 | 930 |
9 | “ABB” ASC | Mercedes Sprinter | 10 JT 118 | 2005 | 8700 | 870 |
10 | “ABB” ASC | Volkswagen Caddy | 90 JO 013 | 2011 | 3500 | 350 |
11 | “ABB” ASC | Volkswagen Transporter | 90 PV 422 | 2014 | 12500 | 1250 |
12 | “ABB” ASC | Volkswagen Transporter | 90 PV 133 | 2014 | 11000 | 1100 |
13 | “ABB” ASC | Volkswagen Transporter | 90 PV 355 | 2014 | 18000 | 1800 |
14 | “ABB” ASC | Volkswagen Transporter | 90 PC 260 | 2015 | 19000 | 1900 |
15 | “ABB” ASC | Hyundai IX-35 | 10 PR 696 | 2013 | 19500 | 1950 |
16 | “ABB” ASC | Hyundai IX-35 | 10 PR 257 | 2013 | 19000 | 1900 |
17 | “ABB” ASC | Hyundai IX-35 | 10 PZ 455 | 2013 | 18500 | 1850 |
18 | “ABB” ASC | Hyundai IX-35 | 75 AF 632 | 2013 | 20000 | 2000 |
19 | “ABB” ASC | Kia Rio | 10 PK 609 | 2012 | 12500 | 1250 |
20 | “ABB” ASC | Mitsubishi L200 | 99 AU 457 | 2015 | 24000 | 2400 |
21 | “ABB” ASC | Zontes ZT150-8A | 10 A 984 | 2014 | 1000 | 100 |
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay