BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9277
  • RUB
    2.0509
  • TRY
    0.0444
  • GBP
    2.256
53227

İlon Maskın “Tesla” şirkəti Çinə idxal edilən və ya Çində istehsal olunan 1,6 milyondan çox avtomobili geri çağırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazara Nəzarət və Tənzimləmə üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Bu gündən etibarən “Tesla”nın 15 oktyabr 2020-ci il və 17 iyul 2024-cü il tarixləri arasında Çinə idxal edilmiş və ya Çində istehsal edilmiş 1 milyon 683 min 627 ədəd “Model S”, “Model X”, “Model 3” və “Model Y” elektrik avtomobilləri geri çağırılacaq”, - komitənin məlumatında bildirilib.

Məlumata görə, geri çağırılma onunla əlaqədardır ki, bu avtomobillərdəki sistem ön baqajın kilidinin açılmasını tanımaya və bu barədə sürücünü xəbərdar etməyə bilər. Nəticədə, avtomobil hərəkət edərkən baqaj açıla, sürücünün görüşünə mane ola və digər nəqliyyat vasitələri ilə toqquşma riskini artıra bilər.

Həmçinin, komitənin məlumatına görə, şirkətin lazımi tənzimləmələri məsafədən həyata keçirəcəyi gözlənilir.

Qeyd edək ki, 2003-cü ildə əsası qoyulan “Tesla Motors” elektrik avtomobilləri və müvafiq texnologiyalar hazırlayır və istehsal edir. Şirkətin baş ofisi Kaliforniyanın Palo Alto şəhərində yerləşir. Elektrikli avtomobillərlə yanaşı “Tesla” öz texnologiyasından istifadə edərək, akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir və onları “Toyota” və “Daimler” kimi digər avtomobil şirkətlərinə satır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəqəmlər "AzSığorta"nın zərərinə - 36,3 faizlik azalma

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

"Azergold" 12 milyona nə iş görəcək?

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Əczaçılıq məhsullarının idxalında tonluq azalma

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin