"Mercedes-Benz" güclü krossover buraxacaq (FOTO)
"Mercedes-Benz"in AMG bölməsi yeni güclü elektrik krossoveri hazırlamağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.
Nəşrin məlumatına görə, avtomobilin uzunluğu 5080 mm, təkər bazası isə 3000 mm olacaq. O, yeni AMG.EA platformasında qurulacaq. Kabin yeddi sərnişini qəbul edə bilir. Krossoverin bazarda "Lotus Eletre" və BMW XM kimi modellərlə rəqabət aparacağı məlumdur.
Avtomobil iki elektrik mühərriki (hər oxda bir) və tam ötürmə sistemi alacaq. Elektrik stansiyasının ümumi gücü ən azı 1000 at gücü olacaq.
Hazırda "Mercedes-Benz"in Almaniyanın Sindelfingen şəhərindəki zavodunda yeni modelin təqdimatı üçün hazırlıq işləri gedir. Kütləvi istehsal təxminən 2026-cı ildə başlayacaq. Krossoverin qiyməti barədə məlumat verilmir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay