BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
42026

Bir çox avtomobil həvəskarlarının arzuladığı “Porche” markalarının xüsusi yeri var. 

Valyuta.az xəbər verir ki, son illərdə daha da inkişaf etmiş, yenilikləri ilə digərlərindən seçilən bu avtomobilləri çox az adam şəxsi qarajında görmək istəməz. Bəs bu marka necə yaranıb, kim kəşf edib?

Ferdinand Porşe 1875-ci il sentyabrın üçündə indiki Çexiya Respublikasında yerləşən Vratislaviçe nad Nisou bölgəsində anadan olub. O, avtomobil dünyasında inqilabi işləri ilə tanınan məşhur mühəndis və dizaynerdir. Porşe gənc yaşlarında mexanika ilə maraqlanmağa başlayıb. Vyanada texniki məktəbdə aldığı təhsili mühəndis daha sonra elə həmin şəhərdə, Texniki Universitetdə davam etdirib. Gənc yaşlarından o, maşın və mexanizmlərlə işləməyə böyük maraq göstərib. 

Porşe karyerasının ilk illərində “Austro-Daimler” və “Daimler-Motoren-Gesellschaft” kimi böyük avtomobil şirkətlərində işləməyə başlayıb. Bu müddət ərzində o, avtomobil mühərriklərinin dizaynı, inkişafı üzərində çalışıb və sənaye sahəsində hörmət qazanıb.

Mütəxəssis “Xalq Avtomobili” kimi tanınan “Volkswagen Beetle”in dizaynını nasist Almaniyasının lideri Adolf Hitlerin istəyi ilə hazırlayıb. Bu çox sayda insanın istifadəsi üçün nəzərdə tutulsa da sonradan bu avtomobil bütün dünyada populyarlıq qazanıb. İkinci Dünya Müharibəsindən sonra “Volkswagen Beetle”nin istehsalına başlanıb və uzun illər dünyada ən çox satılan avtomobillərdən biri kimi qaldı. Porşenin dizaynı “Beetle”in uğuruna böyük təsir göstərdi. Ancaq sonradan bu dizayn müharibə dövründəki rolu və nasist rejiminin avtomobilin istehsal prosesinə təsiri mübahisələrə səbəb oldu. İkinci Dünya Müharibəsinin sonunda Porşe müharibə cinayətlərinə görə qısa müddətə həbs olundu, lakin sonradan sərbəst buraxıldı.

“Volkswagen”dən sonra Porşe ilk idman avtomobili prototipi olan və “Beetle”in əsas xüsusiyyətlərinə əsaslanan “Porsche 64”ü inkişaf etdirdi. Nəhayət mütəxəssis 1931-ci ildə onun adını daşıyan “Porsche” şirkətini qurdu. Brend şirkətin ilk idman avtomobili olan “Porsche 356” və daha sonra əfsanəvi “Porsche 911” kimi bir çox məşhur avtomobillərin dizaynında böyük rol oynayıb. Şirkət yarış avtomobillərinin istehsalında da fərqlənirdi. Brend xüsusilə “Le Mans” kimi prestijli yarışlarda böyük uğur qazanıb. “Porsche”nin 917 və 956 kimi yarış avtomobilləri avtoidman tarixində mühüm nəqliyyat vasitələri sırasındadır.

Məşhur brendin yaradıcısı 1951-ci il yanvarın 30-da Almaniyanın Ştutqart şəhərində vəfat edib. Onun ölümündən sonra eyniadlı marka bütün dünyada böyük uğur qazanaraq bu gün də lüks və performans yönümlü avtomobilləri ilə tanınır. Porşenin dizayn baxışı və bu sənayeyə verdiyi töhfələr avtomobil tarixində mühüm yer tutur.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Noyabrda neçə gün iş olmayacaq?

Bu ölkədə aclığa görə yüzlərlə fil öldürüləcək

Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Banklar hansı hallarda zamini məhkəməyə verə bilməz? - İZAH

Bu ölkə miqrantlara gəldikləri yerə dönmələri üçün 34 min dollar ödəməyə hazırdır

Arda Gülər üçün 70 milyonluq təklif

10 mindən çox dərmanı ölkəyə qanunsuz gətirməyə cəhd

Azərbaycanda ev telefonları "YOXA ÇIXIR"

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Nurlana Cəfərovaya vəzifə verildi

Dollara tələbat artır - Manat ucuzlaşacaq?

Neft qiymətləri dəyişməyəcək, manatın məzənnəsi isə... - İqtisadçıdan proqnoz

Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

COP 29-a görə bu günlərdə iş olmayacaq

COP 29-a görə bu günlərdə iş olmayacaq

Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Elnur Məmmədliyə yeni vəzifə verildi

Azərbaycanda hansı bank 5 dəqiqəyə 50 min kredit verir?

Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu (FOTO)

Neftimiz cüzi ucuzlaşıb

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin