İstifadə edilməyən avtomobillərə cərimə yazılır?
Bəzi avtomobillərə istifadə olunmadığı halda texniki baxışdan keçmədiyi haqqında cərimə gəlir. Ümumiyyətlə, avtomobil bir neçə müddət istifadə olunmayan zaman onun sahibinə və ya sürücüsünə hansı cərimələr gələ bilər?
Bu barədə Valyuta.az-a danışan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsində göstərilir ki, texniki baxışdan keçirilməyən nəqliyyat vasitəsini idarə etməyə görə əlli manat məbləğində cərimə tətbiq edilir: “İdarə etmək o deməkdir ki, nəqliyyat vasitəsi hərəkətdə olmalıdır, ondan istifadə olunmalıdır. Səbəbindən asılı olmayaraq hərəkətdə olmayan, uzun müddət hərəkətsiz vəziyyətdə qalan nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədiyinə görə cərimə yazılmasından söhbət gedə bilməz, bu, qanunsuzdur. Nəqliyyat vasitəsi yanlız istifadə olunan zaman cərimə yazıla bilər.
Ekspert qeyd edib ki, yalnız dayanma, durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazıla bilər: “Sürücü avtomobili kameraların görmədiyi yerdə saxlasa və ya saxladığı halda parklanma ödənişin etməsə, cərimə yazıla bilər”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay