Qazaxıstan elektromobilləri və hibridləri qanuni olaraq tanımağı planlaşdırır
Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) ekoloji təmiz nəqliyyatın populyarlaşdırılması və elektromobillər üçün infrastrukturun inkişafı ilə bağlı qanunvericiliyə dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Məclis qanuni olaraq “hibrid avtomobil” və “elektrik avtomobil” anlayışlarını təqdim edib.
Valyuta.az xəbər verir ki, iclas parlamentin saytında yayımlanıb.
"Qazaxıstanda 2023-cü il yanvarın 1-nə elektrik mühərrikli 812 minik avtomobili qeydiyyata alınıb. 2023-cü ilin sonunda onların sayı 7 793 ədəd olub ki, bu da elektriklə işləyən avtomobillərin sayının 9,5 dəfə artmasından xəbər verir. Elektriklə işləyən avtomobillər üçün lazımi infrastrukturun inkişaf etdirilməsi tələb olunur”, - deyə Milli Məclisin deputatı Samat Musabayev dəyişikliklərin aktuallığını izah edib.
Dəyişikliklər qanunvericilik səviyyəsində nəqliyyat vasitələrinin növlərini müəyyən etmək üçün yeni “hibrid avtomobil” və “elektrik avtomobil” anlayışlarının tətbiqini təklif edir. Elektrikli avtomobillər üçün nəzərdə tutulmuş parkinq yerləri təmin ediləcək. Bundan əlavə, yolkənarı xidmət obyekti kimi təsnif ediləcək “elektrik doldurma stansiyası” anlayışı tətbiq ediləcək.
“Qanun layihəsinin əsas müddəaları yeni “elektrik doldurma məntəqəsi” konsepsiyasının tətbiqinə; yolların layihələndirilməsi zamanı elektrik doldurma stansiyalarının yerləşdirilməsi üçün ayrıca yerlərin ayrılmasına; memarlıq, şəhərsalma və tikinti üzrə səlahiyyətli orqanın yaşayış massivlərində elektrik doldurma stansiyalarının layihələndirilməsi, quraşdırılması və texniki istismarı üçün qaydaların işlənib hazırlanması üzrə səlahiyyətlərinin birləşdirilməsinə yönəlib”, - deyə Milli Məclisin Ekologiya və Təbii Sərvətlərin İdarə Edilməsi Komitəsinin rəyində deyilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay