Avto
27.12.2023 / 12:47
Toyota-nın 2023-cü ildə beynəlxalq istehsal həcmi rekord həddə çatdı
39472
Aparıcı Yaponiya avtomobil istehsalçısı Toyota-nın 2023-cü ilin yanvar-noyabr aylarında beynəlxalq istehsalının həcmi illik ifadədə rekord səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə korporasiyanın paylanmış hesabatında deyilir.
Qeyd olunur ki, bu il istehsal artıq 9,23 milyon avtomobil təşkil edib. Bundan başqa, əvvəlki rekord 2019-cu ildə qeydə alınıb, o zaman 9,05 milyon avtomobil istehsal edilib.
Bundan əlavə, Toyota bu ilin noyabrında 926,5 min avtomobil istehsal edərək rekord aylıq istehsal göstəricisi nümayiş etdirib.
Keçən il Toyota, törəmə şirkətləri Daihatsu və Hino ilə birlikdə 10,48 milyon avtomobil sataraq, üçüncü ildir ki, dünyada avtomobil satışında birinci yeri tutub.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay