\"Xiaomi\"nin ilk elektrik avtomobilinin elan tarixi məlum olub
Yeni il ərəfəsində "Xiaomi" şirkəti daha bir təqdimat keçirəcək, burada "Xiaomi EV" elektrikli avtomobillər üçün mülkiyyət platforması haqqında təfərrüatlar açıqlanacaq.
Valyuta.az-ın məlumatına görə, bu barədə "GizmoChina" nəşri "Xiaomi" qurucusu Ley Tsunun paylaşıma istinadən bildirib.
Məlumata əsasən, tədbirin adı "Stride" olacaq. Tədbir 28 dekabr baş tutacaq. Gözlənilir ki, tədbir zamanı "Xiaomi" avtomobillər üçün markalı elektrik mühərriklərinin təfərrüatlarını açıqlayacaq, özünün avtopilot sisteminin xüsusiyyətləri haqqında danışacaq, həmçinin şirkətin ilk elektrik avtomobili olan SU7-nin buraxılış tarixini və qiymətlərini açıqlayacaq.
"Xiaomi" elektrik avtomobilinin üç variantda təqdim ediləcəyi gözlənilir: SU7, SU7 Pro və SU7 Max.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay