BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

"Yaxın zamanlarda nəqliyyatı etibarnaməsiz idarə etməklə bağlı qərar qəbul oluna bilər".

Bunu nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, ər və arvadın yalnız ümumi mülkiyyətlərində olan avtomobillərin onlar tərəfindən etibarnaməsiz idarə olunmasına icazə verilir: "Qüvvədə olan qanuna əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat cərimə tətbiq edilir".

Ekspert bildirib ki, ailə üzvləri bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilər: "Dövlət yol polisi etibarnaməsiz avtomobil idarə edilməsini aşkarladıqda avtomobil sahibinin kimliyini araşdırır. Əgər avtomobil ailə üzvünə məxsus olarsa, bu halda heç bir cərimə tətbiq olunmur".

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi isə ər və arvadın, ata və oğulun bir-birinin avtomobillərini etibarnaməsiz idarə etməsinin qayda pozuntusu olub-olmaması ilə bağlı məlumatlara aydınlıq gətirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli İqtisadiyyat.az-a bildirib ki, bu məsələ Azərbycan Resublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.

O, indiki vəziyyətdə etibarnamə tələbi olmadan oğlun atanın və ya digər şəxslərin nəqliyyat vasitəsini idarə etməsinin qanunla nəzərdə tutulmadığını söyləyib:

"Bu məsələləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi və onun qeyd hissəsi tənzimləyir. Gələcəkdə kiminsə etibarnaməsiz avtomobil idarə etməsi yalnız qanuna dəyişiklik edildiyi halda mümkün ola bilər. Qanunvericiliyimizdə mülkiyyətin sahibi və sahiblik hüququ anlayışı ilə bağlı məlumat öz əksini tapıb. Yəni atanın oğlunun, ərin xanımının və ya digər ailə üzvlərinin bir-birlərinin avtomobillərini idarə etməsi sahiblik hüququ olmayan şəxs kimi qiymətləndirlir. Bu proseslərin hər biri İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Əgər qanunvericiliyə bu cür hallarla bağlı hər hansı bir dəyişiklik edilsə, o zaman heç bir problem yoxdur. İndiki vəziyyətdə etibarnamə olmadan oğlun atanın və ya digər şəxslərin nəqliyyat vasitəsini idarə etməsi qanunla nəzərdə tutulmayıb".

© İqtisadiyyat.az

Son xəbərlər

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlandı

Bütün xəbərlər