BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

“Hər şeyin təzəsi daha yaxşıdır” deyimini çox işlətsək də, ikinci əl avtomobil almağa tərəddüd etməyənlərin sayı kifayət qədər çoxdur. Təbii ki ikinci əl avtomobil almaq daha sərfəlidir, bu da anlaşılandır. Bu, bəzi hallarda bu xeyrimizə olsa da, zərərlə də qarşılaşa bilirik. Yəqin ki ikinci əl avtomobil alıb “ustalarda qalan” tanışlarınız var. Onlar çox vaxt yanıldıqlarını deyirlər. Ümumiyyətlə, ikinci əl avtomobil alarkən nələrə diqqət edilməlidir ki, yanılmayaq?

Rəsmi servislərə üz tutun

Avtomobil təlimçisi Adil Nəbiyev Valyuta.az-a bu zaman avtomobili öz servisində yoxlatdırmağın vacibliyindən danışdı:

“İkinci əl avtomobil alanlar çox vaxt ya bazardan, ya da hansısa saytlardan yoxlatdırmadan alırlar. İkinci əl maşınları ümumiyyətlə, çox diqqətlə yoxlatdırmaq lazımdır. Hər avtomobili öz rəsmi servislərində yoxlatdırmaq daha yaxşıdır. Çünki hansısa ustanın yanına gedib yoxlatdıranda, bir çox hallarda bəzi hissələrdən başı çıxmaya bilər, amma rəsmi diller olanda, yazılı bütün detallar haqqında, hər hissəyə baxış keçirilir”. 

Satıcılar sizi aldada bilər

Adil Nəbiyev deyir ki, satıcılar maşın satılsın deyə ona əl gəzdirə bilərlər. Siz də maşını yoxlatdırmadan alsanız, maşının əla vəziyyətdə olduğunu görüb, aldana bilərsiniz:

“Mühərrik (motor) elə bil kəsilməmiş qarpızdır. Məsələn, satıcı maşını satmaq üçün alışdırma şamını (sveça) dəyişib, 95 benzin vurub, yağı dəyişə bilər. O zaman alıcı hiss etməyə bilər ki, mühərrik yaxşı işləyir, ya yox. Avtomobili işə salanda görürsən, yaxşı işləyir, usta da baxır deyir ki, yaxşıdır. Alıb bir az sürəndə görürsən ki, problem var. Avtomobildə artıq ən çox mühərrikdə yağ yemə məsələləri olur. Bəzi problemləri aşağı sürətdə, yaxud qısa müddət sürəndə, hiss etmək olmur. Bu kimi nüanslar çoxdur”.

İkinci əl, yoxsa yeni avtomobil?

Mütəxəssis taksi şirkətlərinin satışa çıxarılan maşınlarından da danışdı. Bu avtomobilləri aldığımız zaman isə daha çox zərərə düşə biləcəyimizi dedi:

“Bir var, öz şəxsi maşının ola, ona qulluq edəsən, sən bilmirsən də, nə vaxt satacaqsan, nə edəcəksən. Elə adamlar var ki, satdı, satmadı malına yaxşı qulluq edir. Amma sürücülər maşınlarını tez-tez ucuz qiymətə satışa çıxarırlar. Maşın taksi kimi işlənib, “probeq”i bəlkə də 500 000 – 1 000 000 kilometrdir. “Probeq”ni dəyişirlər, onu da hər servis bilmir, ancaq rəsmi servislər bilir. Həmin avtomobili də yeni başlayan həvəsli adam alır, sonra da problemlər başlayır”.

A.Nəbiyev sonda qeyd etdi ki, yeni avtomobil almaq daha yaxşı olar: “Təbii ki maddi məsələlərdən dolayı ikinci ən avtomobil alınır. Ancaq problemli avtomobil alanda, ustalara o qədər çox pul xərclənir ki, yenisi alsa, daha ucuz başa gələrdi. Ona görə də, hər şeyin yenisi daha gözəldir”.

Nuray

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər