BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Böyük Britaniyanın “What Car?” nəşri və “MotorEasy” sığorta şirkəti populyar avtomobillərin sahibləri arasında sorğu keçirərək, onların hansının daha etibarsız olduğunu aydınlaşdırıb. Qeyd edək ki, söhbət sürülmüş (ikinci əl) və populyar avtomobillərdən gedir.

Araşdırma müxtəlif seqmentlər və kateqoriyalar üzrə ən problemli avtomobilləri müəyyən etmək məqsədi daşıyıb. Sorğuda müxtəlif modellərdən olan 25 min avtomobilin sahibi iştirak edib. Onların hamısı son 24 ay ərzində qarşılaşdıqları nasazlıqlar barədə danışıblar. Məlum olub ki, işlənmiş avtomobillərin reytinqindəki liderlər heç də etibarlı deyillər: Onlar əslində tez-tez xarab olur və təmiri olduqca baha başa gəlir.


“Nissan X-Trail” (2014-2021-ci il buraxılışı)

"Nissan X-Trail" MDB məkanında işlənmiş avtomobil bazarında çox da populyar deyil. Britaniyalı sürücülər də bu avtomobildən məmnun qalmayıblart Sorğu zamanı respondentlərin 45%-i son iki ildə avtomobildə rastlaşdıqları müxtəlif problemlərdən şikayətlənib. Onların 40%-i naviqasiya istisna olmaqla, avtomobilin bütün hissələrində nasazlıqlarla qarşılaşıb.
Əsas şikayətlər: etibarsız kondisioner, əyləc sistemindəki nasazlıqlar, elektrik və mühərrik problemləri. Xüsusilə sürət qutusu ilə bağlı problemlər sizi yolda qoya bilər.
Azərbaycan bazarında bu avtomobil qiyməti 26 min manatdan (2014-cü il) 42 min manata (2021-ci il) qədər dəyişə bilir.


Hyundai Santa Fe (2013-2018 ci il.)

Krossoverlərin antireytinqində liderlər arasında Koreyanın "Hyundai Santa Fe" avtomobili də var. Sorğu nəticəsində məlum olub ki, bu modelin sahiblərinin 36%-nin ustaya yolu düşüb.
Ən çox rast gəlinən problemlər: Sürət qutusunun nasazlığı, əyləc nasazlığı və elektronikanın düzgün işləməməsi.
"Hyundai Santa Fe"yə ölkəmizin işlənmiş avtomobil bazarında da böyük tələbat var. Modelin qiymətləri istehsal ilindən, yürüş və salonundan asılı olaraq çox dəyişir. Təxminən 33-54 min manat civarındadır.


Kia Sorento (2010-2015–ci illər)

“Kia”nın avtomobilləri ümumiyyətlə, yüksək etibarlıdır. Lakin 2010-2015-ci illərdə istehsal olunmuş "Sorento" krossoveri markanın imcini zədələyib. Bu avtomobillərin əyləc, elektrik və sürət qutusunda problem olur. Xüsusəndə yayda işləməyən kondisioner avtomobili gözdən salır.
"Kia Sorento"ya təkrar bazarda tələbat çoxdur. Paytaxtdakı işlənmiş avtomobillərin satışı ilə məşğul olan avtosalonda 43 min manata 2015-ci il Koreya krossoverini almaq mümkündür. Avtomobil 184 at gücünə malik 2 litrlik dizel mühərriki ilə təchiz edilib və avtomatik transmissiyası var.


Land Rover Discovery (2004 - 2017 –ci il)

Britaniyada məsəl var: "Land Rover" küçəyə çıxanda ya təmirə gedir, ya da evakuatoru gözləyir. Odur ki, "Land Rover Discovery" təkrar bazarda ən etibarsız premium krossover kimi tanınır.
Son vaxtlar bu modelin sahiblərinin 46%-i dərhal xidmət mərkəzlərinə müraciət etmək məcburiyyətində qalıblar. Belə ki, avtomobilin mühərrikinin işləməsində və yanacaq sistemində ciddi problemlər olur. Azərbaycanda bu nəqliyyat vasitəsinin 2007-ci il buraxılışı 26,500 manata, 2017-ci il barıxılışı isə 76,500 manata satılır.


Audi Q7 (2006-2015)

“Audi Q7” krossoverinin etibarlılığı ilə bağlı işlər yaxşı getmir. Son vaxtlar bu modelin sahiblərinin 36%-i xidmət mərkəzlərinə müraciət etmək məcburiyyətində qalıb. Söhbət 2006-2015-ci illərdə istehsal olunmuş avtomobillərdən gedir.
Sürücülərdən ən çox daxil olan şikayətlər: Əyləc sisteminin yaxşı işləməməsi, egzoz sistemi, kondisioner və sükanla bağlı problemlər. Azərbaycanda isə bu markalı nəqliyyat vasitəsi tanınmış deyil və elə də tələbat yoxdur. Yalnız son zamanlar müasir görünüşə malik yeni modellərə maraq artıb. Onun da necə işləyəcəyi bir müddət sonra məlum olacaq.


Range Rover (2013-2022)

Azərbaycanda “status maşını” sayılan dördüncü nəsil "Range Rover"dən ingilislər çox narazıdır. Tədqiqat müəllifləri qeyd ediblər ki, bu avtomobil yerli bazarda öz görünüşü, dəbli salon bəzəkləri və idarəetməsi ilə məşhurdur. Bununla belə, etibarlılıq onun güclü tərəfi deyil. Avtomobil sahiblərinin 30%-dən çoxu bu avtomobildə kifayət qədər ciddi problemlərin olduğunu bildirib.
Əsas problemlər: mühərrik, əyləc və egzoz sistemləri. Problemli avtomobillərin 37%-i evakuatorun köməyinə ehtiyac duyub və onların təmiri bir həftədən çox çəkib.
"Range Rover"in son modellərinin Azərbaycanda qiyməti nə az-nə çox 200 min dollardan başlayır.


“Nissan Qashqai” (2014-2021-ci il buraxılışı)

“Qashqai” - avtomobil bazarında antiliderlərdən biridir. Jurnalistlər və avtomobil mütəxəssisləri işlənmiş “Nissan Qashqai” almağı məsləhət görmürlər. Məlum olub ki, bu avtomobilin alıcıları tez-tez variator və akkumulyatorun sıradan çıxması ilə qarşılaşır.
Digər tərəfdən, bu amillər “Nissan Qashqai”ın 10 yaşı olmasına baxmayaraq, onun hələ də həm yeni avtomobillər sırasında, həm də təkrar bazarda satışda liderlər arasında qalmasına mane olmur. Birinci ildə “Qashqai” qiymətinin təxminən 7%, üçüncü ildə isə 20%-ə qədərini itirir.


“Nissan Juke” (2010-2019-cu il buraxılışı)

Dizaynı sayəsində bu avtomobil dəfələrlə mübahisə obyektinə çevrilib. “What Car?” nəşrinin apardığı araşdırmanın nəticələrinə görə, 2010-2019-cu illər arasında istehsal edilmiş “Nissan Juke” sahiblərinin demək olar ki, 40%-i ilk beş ildə mühərrik problemləri ilə üzləşir.


“Ford Fiesta” (2017-ci ildən sonrakı buraxılışı)

“Fiesta” ən populyar və ikinci əl bazarda hələ də aktual olan avtomobil modellərindən biridir. “What Car?” mütəxəssisləri onun müasir elektron sistem, yüksək keyfiyyətli işləmə materialları və əla idarəetməsi haqqında danışırlar. Lakin modelin başqa, daha az cəlbedici tərəfi də var – mühərrikin tez-tez sıradan çıxır.


“Opel Astra” (2015-ci ildən sonrakı buraxılışı)

MDB məkanında “Astra” avtomobili “Volkswagen Golf” qədər populyardır. Buna baxmayaraq, avtomobilin ingilis istifadəçilərinin üçdə biri elektron sistem, batareya və sürətlər qutusunu sıradan çıxması kimi ciddi problemlərlə üzləşir.

© Azvision

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər