BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

Vyetnamın elektrik avtomobil istehsalçısı “VinFast” tənzimləyici orqanlardan icazə aldıqdan sonra bu il ilk elektrik avtomobillərini Avropaya göndərməyi planlaşdırır.

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Nəşrin həmsöhbətinin sözlərinə görə, “VinFast”ın planı bu ilin dördüncü rübündə Fransa, Almaniya və Hollandiyaya təxminən 3 min VF8 krossoverinin çatdırılmasını nəzərdə tutur.

"Biz bu ilin dördüncü rübündə Fransa, Almaniya və Hollandiya müştərilərinə ilk VF8 modellərini təqdim etməyi gözləyirik", - “VinFast”ın baş icraçı direktoru deyib.

O, həmçinin əlavə edib ki, şirkət gələn il VF6, VF7 və VF9 modellərini Avropa bazarına təqdim etməyi planlaşdırır.

VF8 SUV-un artıq Avropa tənzimləyiciləri tərəfindən Aİ standartlarına uyğunluğu təsdiqlənib və blokun 27 ölkəsində satıla bilər.

Şirkət həmçinin könüllü Euro NCAP təhlükəsizlik reytinqi almaq üçün prosedurları tamamlayır.

Şirkətin Avropa bazarına daxil olmaq planı 2022-ci ilin iyul ayına qədər 700 avtomobil tədarük etmək kimi əvvəlki yerinə yetirilməmiş hədəfini dörd dəfə artırıb. Plan AB-nin Çin elektrikli avtomobil istehsalçıları ilə bağlı araşdırmasının bazarda mümkün boşluq yaratması ilə əlaqədardır.

Əgər “VinFast” bu planı yerinə yetirə bilsə, o zaman Avropa bu ilin əvvəlində şirkətin ən böyük xarici bazarına çevrilə bilər. Avtomobil istehsalçısı artıq ilin əvvəlində ABŞ-a təxminən 2100 EV göndərib və daha çox VF9 modelini göndərməyi planlaşdırır.

Bu ilin aprel ayında vyetnamlı milyarder Pham Nhat Vuongun birjaya çıxmazdan əvvəl “VinFast” elektrik avtomobil şirkətinə 2,5 milyard dollar sərmayə qoyacağı bildirilmişdi.

İlkin təklifdən sonra şirkətin səhmlərinin yüksəlməsi sayəsində Vyetnam elektrik avtomobil istehsalçısı “VinFast” kapitallaşmada “Ford” və “General Motors”u geridə qoyub. Hələ də sərfəli olmayan “VinFast”ın bazar kapitallaşması 85 milyard dolları ötüb.

Nicat

Son xəbərlər

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlandı

Bütün xəbərlər