
Avto
22.09.2023 / 10:41
Dünyada sedan istehsalı azalsa da, "Lexus" istehsalı davam etdirəcək
Dünyada krossoverlərin və yolsuzluq avtomobillərinin yüksək satışlarına baxmayaraq, Yaponiyanın "Lexus" şirkəti sedanlara sadiq qalacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Avstraliyanın “Drive” nəşri “Lexus”un rəhbəri Takaşi Vatanabeyə istinadən məlumat yayıb.
“Qlobal bazara nəzər salsanız görərsiniz ki, sedanların payı getdikcə azalır, lakin onlara tələbat hələ də mövcuddur. Biz sedan bazarını izləməyə, böyük əhəmiyyət verməyə və diqqəti sedanlara yönəltməyə davam edirik”, deyə o, bildirib.
Nümunə kimi top menecer "Lexus ES" sedanını göstərib ki, bu da brendin Çində satışlarının yarısını təşkil edir. "Toyota Camry"nin texniki bazasına əsaslanan yeni nəsil ES sedanını avtomobil istehsalçısı gələn il buraxmağı planlaşdırır.
Paşa Məmmədli
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay