BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Azərbaycanda həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiyası proqramı ölkədə avtomobillərin qiymətini artıracaq.

Bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Tullantılar haqqında" Qanuna, "Yol hərəkəti haqqında" Qanuna, Gömrük Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələrin müzakirəsi zamanı deyib.

O, qeyd edib ki, utilizasiya proqramını qəbul edərkən ətraf mühitə mənfi təsirdən söhbət gedirsə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq:

"Söhbət yük maşınları və ictimai nəqliyyatda istifadə olunan avtobuslardan gedir. Biz Bakının havasına sovet vaxtından qalan avtomobillərin mənfi təsirini görürük. Bu qanunlar bilavasitə köhnə nəqliyyat vasitələrinin ətraf mühitin problemlərinə təsirini göstərmir. Məqsəd yenidən avtomobil almaq istəyən vətəndaşlarımızdan daha çox pul yığmaqdır. Ona görə də bu qanun layihələri yenidən işlənilməlidir. Ümumiyyətlə layihələrdə rəqəmlər heç aydın deyil. Bəs retro avtomobillərlə bağlı qanunda nələr nəzərdə tutulur? Ona görə də ciddi götür-qoy etmək lazımdır. İlk növbədə diqqəti ətraf mühitə mənfi təsir nöqteyi-nəzərindən böyük avtomobillərə yönəltməliyik. Utilizasiya ilə bağlı ölkədə sistem mövcud deyil. Biz sistemi qururuqsa onu qurarkən niyə görə ilk növbədə vətəndaşdan yenidən əlavə maliyyə tələb edirik? Əsas problemlər avtobuslarla bağlıdır. Biz buna göz yumuruq və vətəndaşlardan yenidən hansısa fonda vəsait tələb edirik. İlk növbədə vətəndaşları düşünməli və qiymətlərin artımına yol verməməliyik. Bu qanun layihələri ilk növbədə qiymətləri artıracaq".

Deputat Əli Məsimli də sözügedən qanun layihələrinin ölkədə qiymətləri artıracağını hesab edir:

"Dünya elektrik avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektrik avtomobillərdir. Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar üst-üstə yığılanda onun gömrük gəlirinin 3/2 hissəsinə, bəzən hardasa 80-90 %-nə bərabər olsun. Ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması variantını təklif edirəm. O qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu, qiymətlərin artmasına təsir göstərəcək.

Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir. Qanun layihələrindən belə görünür avtomobili olanlar utilizasiya prosesini maliyyələşdirən şəxslər olacaq. Bunu düzgün hesab etmirəm. Dövlət bu prosesdə epizodik yox, tam şəkildə iştirak etməlidir. Bundan əlavə, qanunda məcburiyyət olmasa da, burada iqtisadi məcburiyyət var. Qanun layihələrində göstərilir ki, köhnə maşınlarını utilizasiya edən şəxslər Azərbaycanda istehsal olunan maşınları almasa, daha az pul alacaqlar. Bu belə olmamalıdır".

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər