08.03.2022 / 12:22
\"Nissan\" Rusiyada avtomobil istehsalını və satışını dayandırır
20414
"Nissan" korporasiyası Rusiyaya avtomobil ixracını dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə korporasiyanın saytında yerləşdirilən məlumatda deyilir.
Bununla yanaşı, Sankt-Peterburqdakı zavodda avtomobil istehsalı dayandırılır.
Şirkət, həmçinin Ukraynadakı humanitar böhrandan çıxmaq üçün 2,5 milyon avroluq fond yaradır. Fond vasitəsilə "Nissan" müharibədən zərər çəkmiş ailələrə və uşaqlara humanitar dəstək məqsədilə Beynəlxalq Qırmızı Xaç və digər qeyri-kommersiya təşkilatlarına 1 milyon avro bağışlayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay