
Avto
04.10.2021 / 12:52
“Volvo”nun satışları ötən ay kəskin azalıb
Çinin "Geely" avtomobil şirkətinə məxsus olan "Volvo Car Group"un satışları sentyabr ayında 30% azalaraq 47 223 avtomobilə enib.
"Reuters"in verdiyi məlumata görə, İsveçdə yerləşən şirkətin açıqlamasında bildirilir ki, istehsalda azalmasına qlobal çip çatışmazlığı səbəb olub.
Şirkətin təkcə Avropada satışları 41,5%, ABŞ-da isə 9% azalıb.
Məlumatda həmçinin bildirilir ki, "Volvo"nun satışlarının azalmasına baxmayaraq, şirkətin məhsullarına tələbat yüksək olaraq qalır.
Mənbə: "APA-Economics"
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay