BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Son zamanlar sosial şəbəkədə paylaşılan və sürücülərin etiraz etdiyi məsələ bəzi avtomobillərin sığorta şirkətləri tərəfindən qəbul olunmamasıdır. Yayılan şikayətlərə görə, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər.

 

Görəsən, Azərbaycan qanunvericiliyində nəqliyyat vasitələrinin istisna hallarda sığorta edilməməsi barədə qayda var?

 

Rubrikamızın sualına sığorta eksperti İlkin İbrahimov cavab verib. 

O bildirib ki, bu məsələ son zamanlar cəmiyyətdə ciddi ajoitaj yaradıb?

“Son zamanlar cəmiyyətdə ajiotaj doğuran bu məsələ İcbari Sığortalar Bürosu ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, avtomobillərin sığortası ölkə ərazisində məcburidir. Qanunla nəzərdə tutulan mühərrik gücündən yuxarı bütün maşınlar sığorta olunmalıdır. Sığorta şirkətləri icbari sığortalar üçün bürodan müəyyən məbləğ qarşılığında lisenziya alırlar. Orada göstərilmir ki, hansı avtomobilləri sığortalamaq olar, hansıları yox. Qeyd olunur ki, bütün avtomobillər sığorta edilməlidir. Əks təqdirdə, əvvəlcə həmin şirkətə xəbərdarlıq edilir, daha sonra  lisenziyanın ləğvinə qədər cəza verilir. Lakin son zamanlar sığorta agentləri bununla bağlı həm Mərkəzi Banka, həm də İcbari Sığortalar Bürosuna şikayətlər edirlər.

Onların sözlərinə görə, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 31 adda avtomobil modellərini sığortalaya bilmirlər. Agentliklər bildirir ki, həmin 31 modeli sığortalayacaqları təqdirdə, sığorta şirkətləri onlara komissiya ödəmir. Bu istiqamətdə bir az problemlər var. Ancaq qanunda qeyd olunur ki, sığorta şirkətləri belə xidmət göstərməli deyil”

Ekspert İ.İbrahimov agentliklər tərəfindən qəbul edilməyən avtomobillərin siyahısını da təqdim edib. Burada “AzSamand”, “Khazar”, “Ravon”, “London Taksi”, “MG”, “Saipa”nın bütün modelləri, qoşqu və yarımqoşqular, “Daewo”, “Hyundai”, “KİA”, “Renault”, “Lada”, “Opel” və s. markaların bir sıra modelləri 2016-dək olan “Toyota Prius”, “Baic” və digər avtomobillər qeyd olunub.

Mənbə: Lent.az

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər