BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
9749

"Forbes" məcmuəsində müdafiə məsələlərindən yazan jurnalist Pol İddon qeyd edir ki, Qarabağ müharibəsində müasir və təkmil hərbi vasitələrdən istifadə Azərbaycana qətiyyətli və dağıdıcı qələbə qazandırıb və onu bahalı və uzun sürən münaqişədən xilas edib:

“Bunu etməklə Bakı döyüş dronları kimi müasir hərbi texnologiyanın kiçik ordulara və ölkələrə döyüş meydanında öz çəkisindən ağır zərbə endirmək imkanı verdiyini nümayiş etdirib”.

Məqalədə deyilir ki, 2020-ci ilin əvvəllərində bir çox erməni əsgərlər 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdilər.

Onlar Rusiya istehsalı olan T-72 tanklarının böyük cəbbəxanasının, havadan müdafiə üçün qüdrətli S-300 raketlərinin şəbəkəsi ilə üstün gələcəklərinə, ən azı cəbhə xəttini saxlaya biləcəklərinə inanırdılar.

Amma nəticədə Ermənistan ordusu Azərbaycan hərbiyyəsi tərəfindən yerlə yeksan edildi.

Hərbi ekspert Erik Çan The Diplomat nəşrində yazırdı ki, bu müharibədən əvvəl Azərbaycanın statik səngər müharibəsinə hazırlaşdığına dair təsəvvür yaranmışdı.

Ekspertin fikrincə, Ermənistan ordusuna 1994-cü il müharibəsinin veteranları tərəfindən təlimləndirilmiş könüllülərin ilkin axını da bununla əlaqədar idi:

“Buna görə də bu qüvvələr Ermənistana 1994-cü ildə qələbə vermiş sovet metodlu müharibəyə heç də bənzəməyən müharibə ilə üzləşəndə tamamilə demoralizə olundular. Erməni qüvvələri əvvəlcə donuxdu, sonra isə məhv edildi. Təkcə mövqe yox, həm də psixoloji baxımdan”.

“Sadə olduğu qədər dahiyanə”

Məqalədə deyilir ki, Azərbaycan buna ilk növbədə həm də çox dəqiq vuran İsrail istehsalı Harop “intihar” dronları və Türkiyə istehsalı Bayraktar TB2 PUA-ları ilə nail olmuşdu.

Müəllif yazır ki, Azərbaycanın Harop dronlarından Erməni qüvvələrinin hava müdafiə sistemlərinə endirdiyi zərbələr “sadə olduğu qədər də dahiyanəydi”.

Bakı bu məqsədlə məsafədən idarə olunan ucuz Antonov-2 biplanlarını havaya buraxmış və bu aldadıcı manevrlə ermənilərin bahalı S-300 komplekslərinin radarlarını hərəkətə gətirmiş, aşkar etmiş və ardınca onlara Harop dronları ilə zərbə endirmişdi.

İddon yazır ki, bu üsulla ən azı altı S-300 qurğusunun məhv edildiyi məlumdur.

Məqalədə qeyd olunduğuna görə, Ermənistan rəsmilərinin bu yaxınlarda açıqladığı videogörüntülər Harop zərbələrinin nə qədər dağıdıcı olduğunu nümayiş etdirib.

Ucuz silahlarla bahalı silahları vurmaq

Müəllif yazır ki, S-300 müdafiə çətiri zəiflədikdən sonra Ermənistanın quru qüvvələri dron zərbələri qarşısında müdafiəsiz qalıb:

“Müharibənin davam etdiyi günlərdə Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, onun ordusundakı TB2 dronları Ermənistanın 1 milyard dəyərində olan silahlarını məhv edib. Yəqin ki, bu şişirtmə deyil. Çünki Ermənistan təxminən 240 tank itirdiyi bir halda, Azərbaycan təxminən cəmi 36 tankını itirib”.

Məqalədə deyilir ki, Azərbaycan qüvvələri üstəlik Ermənistanın azı 39 tankını və 24 BMP-sini ələ keçirib.

Onun sözlərinə görə, bu raketlərdən biri Bakıya atılıb, lakin hədəfə dəyməyib, çünki Azərbaycanın onun vurmaq üçün saxladığı daha bir yüksək texnologiyalı silahı vardı.

Məqalədə iddia olunur ki, söhbət İsrailin Aerospace Industries şirkəti ilə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının birgə istehsalı olan Barak 8 havadan müdafiə raket sisteminin İskanderi “havada vurmasından” gedir.

Dronlarsız itkilər daha çox olardı

İddon yazır ki, Azərbaycanın belə bir müharibəni 21-ci əsrdə ilk dəfə olaraq aparmağa necə qabil olması qarşıdan gələn illərdə təhlil ediləcək.

Müəllifin fikrincə bu, həm də onu göstərir ki, kiçik ölkələr özləri ölçüdə, hətta özlərindən də böyük ölkələrə müasir silah sistemləri ilə üstün gələ bilər.

Jurnalist Set Frantzman bu yaxınlarda The Jerusalem Post qəzetində yazdığı məqalədə belə bir mülahizə irəli sürür ki, Azərbaycanın İsrail silahlarından istifadə etməsi müharibənin müddətini qısaltmaqla hər iki tərəfdən canlı itkilərin nisbətən az olmasına imkan verib.

O bildirir ki, sözü gedən silahların dəqiqliyi habelə mülki əhali arasında itkiləri minimuma endirib.

Azərbaycan və Ermənistanın verdiyi rəsmi rəqəmlərə görə tərəflər müvafiq olaraq 2783 və 2317 hərbçi itiriblər.

İddon yazır ki, bununla belə, Frantzman haqlıdır: Human Rights Watch təşkilatının 1994-cü il üçün hesabatında Birinci Qarabağ Müharibəsində 25 min əsgər və mülkinin həlak olduğunu bildirilirdi.

Məqalədə deyilir ki, nə olursa olsun, ötən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələrin qüdrətinin nəzərə alınmalı olduğunu isbat edib. (Azadlıq radiosu)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyədə lirə ilə bağlı mühüm qərar

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Maaş artımı istəyən zamanı bunları bilməlisiniz

Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır – Hansı sahələr inkişaf edəcək?

Naxçıvanda yeni nazir müavini təyin edildi

Prezident Şarl Mişeli COP29-a dəvət etdi

Köhnə evdən yeni mənzilə - sakinlərin üzləşdikləri çətinliklər necə həll olunmalıdır?

Azərbaycanda evlər əsasən neçə otaqlıdır? – STATİSTİKA

“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”

Elmira Süleymanova dəfn olundu (FOTO/YENİLƏNİB)

Uşaqları onlayn mühitdə təhlükələrdən necə qoruya bilərik?

Uşaqları onlayn mühitdə təhlükələrdən necə qoruya bilərik?

Azərbaycanda nağdsız ödənişlərin miqdarı nə qədər olub?

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

Azərbaycanda bank kartlarının sayı açıqlandı

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanda 3 ayda dövlət xəttilə 115 milyon manat ipoteka krediti verilib

Rüşvət alan işçiylə bağlı görülməli tədbirlər - 55 manata qədər məbləğ rüşvət sayılmır?

Çin bazarı uğrunda mübarizə: Azərbaycan hansı addımları ata bilər? (ŞƏRH)

2030-cu ilə qədər bu ölkədə hər 3 avtomobildən 1-i elektromobil olacaq

Sabiq baş həkim TƏBİB-ə qarşı məhkəmədə qalib gəldi, işinə bərpa olunmalı, maaşı ödənməlidir

BƏƏ-də süni zəka əsaslı Formula-1 avtomobillərinin yarışı keçiriləcək (VİDEO)

Birbank Biznes-lə vaxt sənə işləsin ®

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin