BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7546

Ekspertlər bu təsisata daha geniş səlahiyyətlərin verilməsini zəruri sayırlar - əks halda, şirkət prezidentləri onu saymayacaqlar

Azərbaycanda iri dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi, müasir korporativ standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam edir. SOCAR-dan sonra Prezidentin fərmanları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (5 nəfərdən ibarət), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində (sədrlə birlikdə 3 nəfərdən ibarət) Müşahidə Şurası yaradılıb.

Bundan əlavə, Prezidentin dünən imzaladığı sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Yaxın vaxtlarda bu qurumlarda da müşahidə şurası institutunun formalaşdırılması gözlənilir.

Bir çox müstəqil ekspertlər, həmçinin beynəlxalq maliyyə təşkilatları təkidləAzərbaycan hökumətinə iri dövlət şirkətlərində müşahidə şurası institutunun yaradılmasını məsləhət görürlər. Dünya təcrübəsi nə deyir: Müşahidə Şurası şirkətlərin idarəçiliyində hansı rolu oynayır? Şuraların yaradılması Azərbaycandakı iri dövlət şirkətlərinin idarəçiliyində hansı dəyişikliklərə gətirə bilər?

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Müşahidə Şurası dünyada çox işlək və uğurlu olan idarəçilik institutudur: “Azərbaycanda bu institut işləkliyi ilə seçilmir. İndiyədək bir çox qurumlarda, şirkətlərdə müşahidə şurası yaradılıb, amma onlar formal xarakter daşıyıb. Onların vəzifəsi idarə heyətinin təqdim etdiyi sənədləri imzalamaqla bitir. Əsas idarəçilik isə idarə heyəti və onun rəhbərinin əlindədir. Yəni Şuranın həmin şirkətlərin fəaliyyətində şəffaflıq, hesabatlılıq kimi mühüm prinsiplərin təmin olunmasında heç bir rolu yoxdur. Buna görə də əgər Azərbaycan indi müşahidə şurası institutunun imkanlarından bəhrələnmək istəyirsə, mütləq onun işlək olması üçün zəruri addımları da atmalıdır. Bu instituta idarə heyətlərinin fəaliyyətinə həqiqi nəzarət imkanı qazandıracaq səlahiyyətlər verilməlidir. Bunu etməsək, iri dövlət şirkətlərinin idarəçiliyində ciddi keyfiyyət dəyişikliyinə nail ola bilməyəcəyik”.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, İqtisadi Əməkdaşlıq (İƏİT) və İnkişaf Təşklatının “Dövlət müəssisəslərində korporativ idarəetmə Qaydaları”nda Müşahidə Şurası ilə bağlı dəqiq tələblər müəyyənləşdirilib: “Bu təsisatlar şirkətin fəaliyyətinə görə əsas məsuliyyət daşıyan element kimi müəyyənləşdirilməli, strateji idarəetmə funksiyasını yerinə yetirmək, menecmentin fəaliyyətinin monitorinqini aparmaq üçün lazım olan səlahiyyətlərə, səriştəyə və obyektivliyə malik olmalıdırlar.

Rövşən Ağayev

Müşahidə şuralarının hesabatları təşkilati məsələlər, maliyyə fəaliyyəti, mühüm risk faktorları, mühüm hadisələr, maraqlı tərəflərlə əlaqələr və koordinasiya və ya sahiblik edən təşkilat tərəfindən verilən göstərişlərin təsiri barədə məlumat verməli və onları şərh etməlidir. Öz rollarını yerinə yetirmək üçün müşahidə şurası ümumi korporativ məqsədlər çərçivəsində korporativ strategiyanı müəyyən etməli, monitorinqini aparmalı və nəzərdən keçirməli, fəaliyyəti qiymətləndirmək üçün müvafiq meyarlar yaratmalıdır. Bundan əlavə, şuralar əsas riskləri müəyyən etməli, maliyyə hesabatlarının dövlət müəssisəsinin cari fəaliyyətini və riskləri düzgün əks etdirdiyini təmin etməklə, açıqlama və məlumatın çatdırılması prosesini monitorinq etməli, menecmentin fəaliyyətini qiymətləndirməli və ona nəzarət etməlidir".

İƏİT-in adıçəkilən qaydalarına görə, dövlət müəssisələrinin müşahidə şuralarının əsas funkisyalarından biri Baş İcraçı Direktorun təyin edilməsi və işdən azad edilməsi olmalıdır: “Bu səlahiyyətlər olmadan dövlət müəssisələrinin şuraları üçün monitorinqlə bağlı funksiyaları tam yerinə yetirməsi və təşkilatın fəaliyyətinin nəticələrinə görə məsuliyyət hiss etməsi çətindir. Dövlətin əsas səhmdar olduğu bəzi təcrübələrdə yeganə mülkiyyətçi Baş İcraçı Direktoru birbaşa təyin edə bilər.  Lakin bu halda müşahidə şurası ilə məsləhətləşmə əsas şərtdir.  Həmçinin belə şəraitdə Baş İcraçı Direktorun təyin edilməsi qaydaları və prosedurları şəffaf olmalı, peşəkarlıq meyarlarına əsaslanmalıdır”.

Samir Əliyev 

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, dövlət şirkətlərində korporativ idarəetmənin tətbiqi çox mühüm əhəmiyyət kəsb edir: “İqtisadi Əməkdaşlıq və  İnkişaf Təşkilatnın müvafiq qaydalarında dövlət şirkətləri üçün korporativ idarəetmənin əsas şərtləri müəyyənləşdirilib. Dünya təcrübəsi göstərir ki, korporativ idarə olunan şirkətlərdə şəffaflıq və hesabatlılıq yüksək səviyyədə olur. İnvestorlar belə şirkətlərlə işləməyə maraqlı olurlar.

Korporativ idarəetmənin əsasında qarşılıqlı nəzarət sistemi dayanır. Burada üç tərəf olur: Müşahidə Şurası, ali icraçı orqan (əksər hallarda idarə heyəti) və audit orqanı. Bu üç tərəf korporativ idarəçiliyi qururlar. Müşahidə Şurası şirkətin strategiyasını müəyyən edir, onun icrasına nəzarəti həyata keçirir. Eyni zamanda audit orqanının fəaliyyətinə nəzarət edir. Audit orqanı isə öz növbəsində İdarə heyətinə nəzarət edir. Həm idarə heyəti, həm də audit orqanı müşahidə şurası qarşısında hesabat verir".

Ekspertin sözlərinə görə, adətən müşahidə şurası qismində şirkətin sahibi çıxış edir: “Yəni sahibi şirkəti birbaşa idarə etməsə də, onun fəaliyyətinə nəzarəti həyata keçirir. Azərbaycanda korporativ idarəetmə ilk olaraq banklarda tətbiq olunmağa başlayıb. Mərkəzi Bankın bununla bağlı xüsusi tələbi vardı. Dövlət şirkətlərində bu institut tətbiq olunmayıb. Məsələn, xaricə yatırımları ilə seçilən SOCAR-da belə indiyədək müşahidə şurası formalaşdırılmayıb. Buna yalnız yanvarın 23-də Prezidentin fərmanı ilə gedildi. Daha sonra digər şirkətlərdə də müvafiq addımlar atılır. Lakin bir nüans var ki, onu bizdə nəzərə almırlar. Bu nüans şirkətlərdə ikihakimiyyətliliyə gətirib çıxara bilər. Belə ki, korporativ idarəetmə prinsiplərinə görə müşahidə şurası həm idarə heyətini, həm də audit orqanını təyin etməlidir. Amma Azərbaycanda dövlət şirkətlərinə münasibətdə həm müşahidə şurasını, həm də idarə heyətini Prezident müəyyən edir. Biz bu təcrübənin uğursuzluğunu Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında görmüşük. Orada Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə İdarə Heyətinin sədri İbrahim Alışov arasında böyük mübarizə gedirdi. İkisi də ayrılıqda prezidentə tabe idilər. Son nəticədə Direktorlar Şurası ləğv olundu. SOCAR və digər iri dövlət şirkətlərində bu amilin nəzərə alınmaması sonda ikihakimiyyətliliyə gətirib çıxara bilər. Əslində idarə heyətini müşahidə şurası təyin etməlidir. Bundan əlavə, dövlət şirkətləri həm də Azərbaycan İnvestisiya Holdinqinə tabe etdiriliblər. Bu isə idarəetmədə anormal vəziyyət yaradır.

Digər tərəfdən, iri şirkətlərin müşahidə şuralarında dövlət qurumları ilə yanaşı, müstəqil şəxslərin də təmsil olunması vacibdir. Bu formatda yaradılan müşahidə şurasının idarə heyəti sədrini təyin və ya vəzifədən azad etmək səlahiyyəti olmalıdır. Əks halda, idarə heyəti müşahidə şurasını saymayacaq. Biz bunun nümunəsini vaxtilə Beynəlxalq Bankda görmüşük. Orada Müşahidə Şurası vardı, amma İdarə Heyətinin sədri olan Cahangir Hacıyev onu saymırdı, çünki təyinatını Prezident etmişdi, Müşahidə Şurasınn onu vəzifədən uzaqlaşdırmaq səlahiyyəti yox idi".

Korporativ idarəetmə prinsiplərinin tətbiqi üçün Azərbaycandakı iri dövlət şirkətləri ilə bağlı növbəti addımlar nələrdən ibarət olmalıdır?

R.Ağayev deyir ki, İƏİT-in korporativ idarəetmə standartlarına əsasən, dövlət müəssislərinin ictimaiyyət üçün açıqlanan hesabatları şirkətin ümumi fəaliyyəti və onun nəticələri, dövlətdən alınmış maliyyə yardımları, dövlətdın alınmış təminatlar barədə müfəssəl informasiyaları özündə əks etdiməlidir: “Milli qanunvericilikdə də dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrə standartlar müəyyənləşdirilib. Nazirlər Kabinetinin 257 saylı Qərarı (04.06. 2019) səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə qayda və standartlarını müəyyən edir. Sənəddə səhmdar cəmiyyətlərdə korporativ idarəetmənin standartları kimi aşağıdakılar müəyyən edilib: dövlət tərəfindən səhmdar funksiyasının effektiv şəkildə icrası; effektiv fəaliyyət göstərən Müşahidə Şurasının (Direktorlar Şurası) təşkili; səhmdar cəmiyyətin fəaliyyətinin şəffaflığının təminatı; səmərəli və çevik icra sisteminin təşkili; risklərin effektiv idarə edilməsi sisteminin formalaşdırılması; korporativ idarəetmə prinsiplərinə riayət olunmasının təşkili; korporativ sosial məsuliyyət. Qaydalara görə, dövlət şirkətlərinin fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Direktorlar Şurası yaradılmalı, beynəlxalq tələblərə uyğun maliyyə hesabatları tərtib edilməli və açıqlanmalıdır”.

S.Əliyev də qeyd edir  ki, iri dövlət şirkətlərində korporativ idarəetmənin bütün prinsipləri tətbiq olunmalıdır: “Bu şirkətlərlə bağlı dövlətin strategiyası hazırlanmalı, cəmiyyətə açıqlanmalıdır. Bilinməlidir ki, bu şirkətlərə bağlı dövlət nə etmək istəyir: özəlləşdirəcək,yoxsa idarəetməyə verəcək... Düşünürəm ki, indiki mərhələdə özəlləşdirmə məsələsində tələsmək olmaz, bu məsələyə həssas  yanaşmaq lazımdır. Elə şirkətlər var ki, onların özəlləşdirilməsi deyil, idarəetməyə verilməsi daha məqsədəuyğun olar. Amma elələri də var ki, tamamilə özəlləşdirilməlidir. Bununla bağlı dövlət tərəfindən hərtərəfli analiz aparılaraq qərar qəbul edilməlidir”.

//musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni il hədiyyəsi, yoxsa vaxtı keçmiş məhsullar? (VİDEO)

10 il lotereyada eyni nömrələri yazdı - Sonda qalib oldu

Avropanın yarıda qalan "uçan taksi" xəyalları, böyük oyunçular və maliyyə problemləri

Prezident İlham Əliyev Laçının azad olunmasının ildönümü münasibətilə paylaşım edib

Tramp "BRİCS" ölkələrini 100%-lik rüsumlarla hədələdi

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin