BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
53660

Hazırda ölkəmizdə dövlət bağçaları ilə yanaşı, özəl bağçalar da fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan bəzi videolardan, uşaqlara qarşı şiddət görüntülərindən sonra valideynlərin demək olar ki, çoxu özəl bağçalara üstünlük verir. Bu bağçalarda qidalanmanın, məşğələlərin, uşaqlarla rəftarın daha yaxşı olduğunu düşünürlər.

Bəs özəl bağçalarda qiymətlər necədir? Uşaqlara nələr öyrədilir?

Bakupost.az bununla bağlı araşdırma aparıb.

Məlum olub ki, özəl bağçalarda qiymətlər 200 manatdan başlayır və 7 000 manata kimi qalxır. Hətta övladlarınızı nəinki aylıq, həmçinin gündəlik bağçalara da qoya bilərsiniz.

“Yaşıl ada” uşaq bağçasında Azərbaycan, rus və ingilis bölməsi üzrə qruplar var. Qiymətlər 800-850-900 manatdır. Bağça 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Bu məbləğə 5 dəfə qidalanma daxildir.

“NeoKids Trilingual Preschool”a 5 yaşa qədər uşaqlar 800 manat, 5-6 yaşlı uşaqlar isə 850 manata qəbul olunur. Buraya 5 dəfə qidalanma daxildir. Bağça 08:00-dan 18:00-dək açıqdır. Gecikən valideynləri 18:30-dək gözləyirlər.

“LANDAU Preschool / Kindergarten”da tədris ingilis dilindədir. 5 dəfə yemək verilir. Aylıq qiyməti isə 700 manatdır. Azyaşlılar üçün müxtəlif oyunlar təşkil edilir. 5-6 yaş uşaqlar “LANDAU Sea Breeze Campus”da təhsil alırlar. Məktəbəqədər uşaqların bütöv gün ingilis dilində təhsili 6800 manatdır. Ödəniş yarım gün, yəni 09:00-13:00-dək 6100 manatdır. Bu yaş qrupunda olan uşaqlara müxtəlif maraqlı məşğələlər (elmin əsasları, rəsm, rəqs və s.) təşkil olunur.

“Kaspi Kids” uşaq bağçasında Azərbaycan qrupuna qəbul 450, rus qruplarına isə 500 manatdır. 08:00-dan 18:00-dək açıq olan bağçada 4 dəfə yemək verilir. İngilisdilli qruplar isə yalnız Beynəlxalq korpusda, Xətaidə təhsil alırlar. İngilis qruplarında uşağın yaşından asılı olaraq ödəniş illikdir. Məsələn, 3 yaşlı uşaqlar üçün 7500, 5-6 yaşlılar üçün isə 8 000 manatdır.

“Happy Babies” uşaq bağçasına uşaq qoymaq valideynlərə Azərbaycan bölməsi üçün 450, rus bölməsi üçün isə 550 manata başa gəlir. Bağça 08:00-dan 18:00-dək açıqdır. Yaşa görə, həyətində 2 korpus var. Qiymətə rəqs, rəsm, ingilis dili, şahmat kimi məşğələlər daxildir.

"Magic Castle" uşaq bağçasında Azərbaycan qrupu 250, rus 400, ingilis qrupu isə 450 manatdır. Bağça 08:00-dan 18:30-dək fəaliyyət göstərir. Uşaqlara 3 dəfə yemək verilir. Məntiq, riyazi biliklər, musiqi, rəqs, gimnastika, ingilis dili, şahmat, hovuza üzmək kimi məşğələlər keçirilir.

“KinderVilla” uşaq bağçası 08:00-dan 18:30-dək fəaliyyət göstərir. Rus bölməsi üzrə bağçanın qiyməti 500 manatdır. Rəqs, ingilis dili, rəsm kimi məşğələlər keçirilir. Bayram günləri də işləyirlər. Bağça qiymətinə 5 dəfə qidalanma daxildir.

“Sladkiy kolobok” uşaq bağçası da 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Qiymət isə 250 manatdır. Buraya 5 dəfə qidalanma, həmçinin rəqs, ingilis dili kimi məşğələlər daxildir.

“Evim” uşaq bağçasında da Azərbaycan, rus və ingilis bölmələri olur. Qiymətlər Azərbaycan və rus qruplarında 200, ingilis qrupunda 250 manatdır. Bu, hazırda bağçanın endirimli qiymətləridir. Sentyabrdan isə 250-300 manat olacaq. “Evim”də 25 dərslik müxtəlif məşğələlər həyata keçirilir. Rəsm, şahmat, maraqlı layihələr və s. Bağça 08:00-dan 18:00-dək açıqdır. Əlavə saatlar ödənişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin