BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8516
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2181
41260

2023-cü ildə Azərbaycan 560,837 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd olunub ki, bu, 2022-ci illə müqayisədə 14,1 faiz azdır. Statistikadan məlum olur ki, xaricdən dərman gətirilməsi cari illə müqayisədə azalıb. Maraqlıdır, virusların yayıldığı, qızılca, qriplə mübarizə apardığımız dövrdə dərman idxalının azalmasının səbəbi nədir? Dərmanlara ehtiyac əvvəlki kimi deyil, yoxsa daxili istehsalımız artıb? 

Yerli istehsalda artım olduqca...

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, idxalın azalmasının səbəbi yerli istehsalda artımın olması ilə əlaqəlidir:

“Yerli istehsalda artım olduqca, xüsusilə də, Pirallahı Sənaye Parkında, gələcəkdə Ələtdə dərman istehsalı ilə bağlı proseslər sürətləndikcə, biz idxalın azalmasını müşahidə edəcəyik. Həm də biz hazırda dərman preparatlarından daha effektiv istifadəni görürük. Təbii ki, burada iqtisadi amillərin nəzərə alınması, xəstəxanaların optimillaşdırılması, Səhiyyə Nazirliyinin ciddi nəzarət mexanizmlərini artıq tətbiq etməyə başlamasının rolu var. Elektron reseptin tətbiqi, dərmanların yazılışına, xəstələrin bundan istifadəsinə ciddi nəzarət və məsuliyyətli yanaşmanı meydana gətirir. Bu, müsbət addımdır və idxalın azalmasına təsir edir”.

İnsanların xəstəliklə mübarizəsi ilbəil artır

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev bildirdi ki, dərman idxalının azalmasının əsas səbəbi pandemiyanı geridə qoymağımızdır: “İdxalın azalmasını xəstəliyin az olması ilə əlaqələndirənlər var. Əslində, insanların xəstəliklə mübarizəsi nəinki azalıb, əksinə, ilbəil artır. Xəstəliklər çoxaldıqca, insanlar müasir viruslarla mübarizə aparmaq məcburiyyətində qalırlar. Müasir xəstəliklər üçün də yeni çıxan dərmanlar istehlak edilir. Yəni hazırkı xəstəliklərin idxalın azalmasına təsiri yoxdur. İdxalı azaldan əsas səbəb COVID-19 virusunu geridə qoymağımızdır. İnsanlar bu dövrdə kifayət qədər çox dərman qəbul edirdilər”. 

Ehtiyat dərmanlar sahibkarları ziyana saldı

Mütəxəssisin sözlərinə görə, 2022-ci ildə lazım olduğundan daha çox, ehtiyat məqsədilə, antibiotiklər, virus əleyhinə dərmanlar idxal edildi: “Hamıya məlumdur ki, pandemiya dövründə antibiotiklər və virus əleyhinə dərmanlardan hədsiz çox istifadə olunurdu. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belə idi. 2022-ci il COVID-19-un sonu olsa da, ehtiyat dərmanlar sahibkarları ziyana saldı. Pandemiya bitdi, ehtiyat məqsədilə gətirilən dərmanların vaxtı keçdiyi üçün utilizasiya edildilər. Bu normaldır, təki insanlar xəstələnməsin, dərmanlar utilizasiya olunsa da olar. Amma o dövrlərdə idxal həddindən çox idi”.

Tələbat çox, imkanlar azdır

Həmsöhbətimiz vurğulayır ki, dərman idxalının azalmasının ikinci səbəbi bazardakı bahalaşmadır: “2023-cü ildə idxalın azalmasının əsas səbəblərindən biri də digər sahələrdə müşahidə etdiyimiz bahalaşmadır. Vəziyyət elədir ki, insanlar ya ərzaq almalıdırlar, ya da dərman. Azərbaycan vətəndaşı gündəlik tələbatını təmin etməyə çalışır. Yəni qiymətlərin baha olması dərmanların alış tələbatını azaldıb. Hazırkı xəstəliklərlə mübarizədə dərmanlara tələbat çoxdur, amma imkanlar azdır”.

Tibbi xidmət və dərman təchizatı ilə bağlı müjdələr olacaq

A.Xudiyev sonda vurğuladı ki, 2024-cü ildə tibbi xidmət və dərman təchizatı ilə bağlı müjdələr olacaq: “Şəkər, kardioloji və xroniki xəstəliklərin dərmanları pulsuz veriləcək. Bununla bağlı layihə hazırlanır. Bu, çox təqdirəlayiq bir hadisədir, sosial dövlətin təməli budur. Getdikcə digər xəstəliklər üçün də dərmanlar pulsuz veriləcək”.

Xaricdən dərman gətirmək sahibkarlara sərf etmir

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, bu gün Azərbaycan dərman bazarında dərman preparatlarının azlığı müşahidə olunur. Mütəxəssisin sözlərinə görə, xaricdən dərman gətirmək sahibkarlara sərf etmir: “Kimyəvi tərkibli dərman preparatlarının qiyməti çox bahadır. Həm idxal prosesinin çətinliyi, həm də qiymətin baha olması sahibkarda maraq oyatmır. Üstəlik, dərman vasitələrinin dövlət qeydiyyatının müddəti beş ildir. Qeydiyyat prosedurunda da sahibkarlar bürokratik əngəllərlə üzləşirlər. Buna görə də iş adamları müəyyən sayda dərman preparatlarının ölkəyə idxalında artıq maraqlı deyillər”. 

Daxili istehsal istənilən səviyyədə deyi

Mütəxəssis bildirir ki, sahibkarlar daha çox asan yola baş vururlar və bioloji aktiv əlavələrin satışına, onların biznesinə sürətlə keçid edirlər: “Çünki onların idxal prosesi də rahatdır, qiymətləri də digərlərinə nisbətən ucuzdur. Düşünürəm ki, idxalda yaranan fərq məhz bununla bağlı ola bilər”.

Azərbaycanda dərman istehsalının artmasına gəldikdə isə, İlqar Hüseynli vurğulayır ki, hələ ki, bazarda ciddi istehsal imkanlarını qura bilməmişik: “Buna görə də yerli istehsal tələbatın ödənilməsinin müəyyən hissəsini üzərinə götürə bilmir. 14 faiz azalmanın daxili istehsalla bağlı olması mümkün deyil”.

Azər Xudiyev də ölkədə dərman sahəsində daxili istehsalın hələ istənilən səviyyədə olmadığını bildirir: “Ehtimallar və gözləntilər böyükdür. Zavodların təməli qoyulub, amma hələ istehsal istənilən səviyyədə deyil”.

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub ki, hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri 14,706 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 6,4 dəfə çoxdur. Yəni cari illə müqayisədə ixrac çoxalıb, idxal azalıb.

Kaspi qəzeti - Aygün ƏZİZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Benfika” klubu korrupsiyada ittiham edilib - Detallar

Avrozonada sənaye istehsalı rekord səviyyəyə yüksəldi

"Microsoft" məhkəmədə oyunçularla razılığa gəldi

Rusiyanın Hindistana kömür tədarükü kəskin azaldı

Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır

AP Ukraynaya Rusiya aktivləri hesabına 35 milyardın verilməsini dəstəklədi

Moldova siqaret və tütün çubuqlarına müxtəlif aksiz dərəcələri tətbiq etdi

Bütün əmlakını nişanlısının adına keçirən milyonçu müflis oldu

Ağdamın “Çay evi” bərpa olunacaq

Bu avtomobilləri artıq telefonla açmaq olacaq

Avtomobillərin utilizasiyası prosesinə niyə başlanmır? (VİDEO)

“Lufthansa” yəhudi sərnişinlərə görə 4 milyon dollar cərimələnib - Detallar

"Apple" mağazalarında "MacBook Pro"lar tükənir

"Azaqro Holdinq"lə dövlət qurumu arasında 102 minlik vergi qalmaqalı

Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? (VİDEO)

Sabah bu ərazilərdə qaz olmayacaq

Cəlilabadda zəlzələ qeydə alınıb

Rusiya "Shell"dən 1 milyard avro təzminat tələb edir

2026-cı ildə çıxacaq "iPhone 18"in ilk detalları məlum oldu

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

ATU yarım milyonluq elektrotexnika alır

Türkiyə böyük məbləğdə vergidən yayınanların axtarışına başladı

Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildi (FOTO)

"Bakı Telefon Rabitəsi" məhkəməyə verilib

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Almaniyanın dörd əyaləti "Volkswagen" fabriklərinin saxlanmasını tələb edir

"Vergi Məsləhətçiləri" cərimələnə bilər

Laçında nağıl kimi küçə: tramvay, kanat, qalareya...

Ölkəmizdə texniki baxış ləğv oluna bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin