BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. İstehlakçılar zəruri sənədləri - mənzil mülkiyyətçisinin şəxsiyyət vəsiqəsi və çıxarışın surətini “Azəristiliktəchizat”ın əməkdaşlarına təqdim etməklə müqavilə bağlaya bilərlər.

Açıq qalan suallar

Məlumatda qeyd edilən bir məqam xüsusilə diqqət çəkir: Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. O zaman sual yaranır - bəs abonent müqavilə bağlamaq istəmirsə? Ümumiyyətlə, abonentlə müqavilə bağlanılmasında məqsəd nədir? Bu yenilik sözügedən sahəyə hansı dividendlər verəcək?

Əsas məqam odur ki, “Azəristiliktəchizat” müqaviləni bağlamaq istəməyənlərlə bağlı hansı alternativ tədbir görüləcəyinə dair heç bir məqama toxunmayıb.

Sirr deyil ki, hazırda Bakı şəhərində istilik təchizatı ilə bağlı əksər binalarda sistem ümumidir. Yəni bir mənzildə istiliyi kəsmək üçün ən azından bütöv bir blokun istiliyi kəsilməlidir. Borcu olan, müqavilə imzalamayan abonentin fərdi qaydada istiliyini kəsmək praktiki olaraq mümkün deyil.

Sakin müqaviləni imzalamasa...

Qaranlıq qalan suallarla bağlı sorğumuzu cavablandıran “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı bildirdi ki, öz maraqları daxilində olan müqaviləni imzalamaqdan sonadək imtina edən sakinlərlə bağlı aidiyyəti üzrə addım atılacaq: “Biz sakinlərin bu müqavilədən imtina edəcəyini gözləmirik. Amma kimsə hansısa fərdi səbəbdən imzalamaq istəməsə, onun istilik enerjisindən istifadəsi qeyri-qanuni hesab ediləcək. Bu halda binanın layihələndirilməsindən asılı olaraq fərdi qaydada həmin abonentin istilik təchizatını dayandırmaq mümkün olsa, dayandırılacaq. Yox, mümkün olmasa, ən son halda qurum həmin abonenti məhkəməyə verəcək”.

Bir nəfərə görə hamı cəzalandırılacaq?

E.Basqallı qeyd edib ki, bir nəfər abonentə görə başqa abonentlərin istilik sisteminin kəsilməsi olmayacaq: “Amma yenə qeyd edirəm ki, bu hallar gözlənilən deyil. Müqavilədə sakinlərin ziyanına olacaq bir durum yoxdur ki, imzalamaq istəməsinlər. Ümumilikdə biz 180 mindən çox mənzilə istilik veririk. Müqavilə bağlanılması prosesinə artıq başlanılıb. Bu proses bir qədər zaman alacaq”.

Bəs ekspert necə düşünür? Bu müqavilədə sakinlərin ziyanına və xeyrinə olacaq məqamlar hansılardır?

Məqsəd abonent sayını dəqiqləşdirməkdir

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “Azəristiliktəchizat” ASC sovet dövründən qalan binalara xidmət göstərir, çox az sayda yenitikililərdə mərkəzləşmiş istilik sistemindən istifadə edilir: “Əksər hallarda yeni tikilən binalarda kombi sistemindən istifadə olunur. Köhnə binalarda istilik təchizatını “Azəristiliktəchizat” ASC həyata keçirir. Keçid dövründə istilik qurğuları, radiatorlar və hətta boru xətləri sökülüb atılmışdı. Sonra “Azəristiliktəchizat” ASC yenidən həmin binalara istilik təchizatını vermək üçün bu problemi aradan qaldırdı. Amma bəzi binalarda bu istilik boru sistemləri bərpa edilmədi. Buna görə də fərdi qaydada hər bir mənzil sahibi ilə ayrılıqda müqavilə bağlanılması nəzərdə tutulub.

Müqavilənin məzmunu isə Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Bu müqavilənin bağlanmasında məqsəd abonentlərin dəqiq siyahısının müəyyən edilməsidir. Artıq texniki siyahıyaalma prosesi başa çatacaq”.

Müqavilədən imtina müəyyən məsuliyyət yarada bilər

R.Osmanlı qurumla abonentlər arasında bağlanacaq müqavilənin xidmət keyfiyyətinə təsiri barədə də danışıb: “Bəzən qurumlar bu kimi hallarda göstərilən xidmət səviyyəsinin, keyfiyyətinin artırılmasından çox, digər istiqamətlərə diqqət yönəldirlər. Keyfiyyəti artırmaq dedikdə sənədləşmə keyfiyyətinin deyil, göstərilən xidmətin əsas götürüləcəyinə ümid edirəm.

Müqavilə bağlamaq istəməyən abonentin məcburi qaydada cərimə olunmasından söhbət gedə bilməz. Xidmət abonentə təklif olunur, vətəndaş da bu xidməti istəsə alır, istəməsə almır. Yox, əgər vətəndaş göstərilən xidməti alır, lakin müqavilə bağlamaqdan imtina edirsə, bu halda cərimə nəzərdə tutulur”.

© Kaspi qəzeti 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər