BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Pandemiyadan sonra Bakıda restoran biznesi özünə gəlməyə başlayıb. Şəhərin mərkəzində fəaliyyət göstərən ictimai iaşə obyektlərində yer tapmaq mümkün deyil. Hətta bəzi restoranlar sıxlığın qarşısını almaq üçün müştərilərə vaxt limiti də tətbiq edirlər. Bu sahədəki inkişafı Dövlət Statistika Komitəsinin hesabatı da təsdiqləyir. Bildirilir ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanda əhali kafe və restoranlara 169 milyon 597 min manat vəsait xərcləyib. Bu göstəricinin həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə 33.9 milyon manat çoxdur.

Maraqlıdır, bu artım nəyin göstəricisidir? Bizim insanlarda da restoranda nahar, şam etmək vərdişi formalaşmağa başlayıbmı? Ümumiyyətlə, bu sahənin gələcəyi necə proqnozlaşdırılır?

Valyuta.az xəbər verir ki, “Kaspi” qəzeti suallara cavab tapmaq üçün restoran sahibləri və mütəxəssislərlə söhbətləşib.

Sektorun inkişafına gəldikdə isə, gənc sahibkar deyir ki, tələbat var, amma bu sahədə peşəkar işçi tapmaq çətindir: “Məsələn, ofisiant kimi fəaliyyət göstərmək istəyən əməkdaşlarımızın 95 faizi gəncdir və işə keçici iş kimi baxırlar. Xaricdə 40, 50 yaşlı insanlar bu sahədə işləyirlər. Bizdə isə bundan utanırlar. Səbəb gəlir deyil, çünki peşəkarlar çox yaxşı pul qazanırlar. Məsələn, xaricdə 10 il işləyirlər, təzə gələn heyətə də mentor olurlar. Restoran mədəniyyətində ən böyük problem budur”.

Restoran biznesinin gələcəyinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, bu sahə ölkəmizdə ən yaxşılardandır: “Biz yeməyi, içməyi, əylənməyi sevən millətik. Ona görə bu sahənin inkişafı və mədəniyyətin formalaşması qaçılmazdır”.

Restorana müraciət edənlərin sayında 10-12 faiz artım var

Bakıda məşhur restoranlardan birinin sahibi olan Fikrət Xəlilov isə deyir ki, sentyabr ayı ictimai iaşə biznesinin artım ayıdır: “İyun, iyul, avqust ayları bu biznesdə passivlik müşahidə olunur. Çünki yay ayları olduğu üçün insanlar bağlara köçür, rayonlara gedirlər. Sentyabr ayında isə hər kəs qayıdır və bu aktivlik təbiidir”.

Mütəxəssis 2019-cu illə müqayisədə restorana müraciət edənlərin sayında 10-12 faiz artım olduğunu da bildirdi: “Elektron kassa aparatlarının quraşdırılması, əhalinin daha çox nağdsız ödənişlərə üstünlük verməsi avtomatik olaraq biznesin şəffaflaşmasına gətirib çıxarıb”.

Qərb ailə modelinə keçidi müşahidə edirik

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi qəzetimizə açıqlamasında bildirdi ki, son vaxtlar əhalinin restoran mədəniyyətinin formalaşmasını, qərb ailə modelinə keçidi müşahidə edirik: “Bizim də ailələr evdə yemək bişirməkdən imtina edir, restoranlara gedirlər. Digər tərəfdən, Azərbaycan artıq tanınmış turizm destinasiyasıdır. Səfərdə olan insanın aldığı əsas xidmət də qidalanmadır. Restoran biznesi son illər bir çox transformasiyalara məruz qalıb. Məsələn, steyk üçün ət Braziliyadan, Avropadan gətirilir. Təxminən 15 il bundan öncə bizim restoranlar buna qarşı idi və öz heyvanımızın ətindən istifadə edirdilər. Sonradan məlum oldu ki, steyk üçün heyvan xüsusi yetişdirilir. İndi Bakıda məşhur steyk yerləri fəaliyyət göstərir”.

Bir milyard 300 milyonluq dövriyyə

Mütəxəssis vurğulayır ki, ictimai iaşə sektorunun dövriyyəsi pandemiyadan öncəki illərlə müqayisədə hotellərin və turizm agentliklərinin birgə dövriyyəsindən iki dəfə artıq olub: “İctimai iaşənin il ərzində təxmini dövriyyəsi bir milyard 200 milyon - bir milyard 300 milyon arasında dəyişib. Biz hazırda həm restoran biznesinin inkişafının, həm də ictimai iaşə mədəniyyətinin formalaşmasının şahidiyik”.

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər