BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov sahibkarların "halal brend", "orqanik məhsul" adlarından sui-istifadə etdiklərini bildirib: "Bu sahədə problemlər var. Bu məsələlərə inamsızlıq, etibarsızlıq da hökm sürür. Çünki sahibkarlarımız "halal brend", "orqanik məhsul" adlarından sui-istifadə edir və çaşqınlıq yaradırlar. Biz elə bir iş görməliyik ki, istehlakçılarımız “halal” sertifikat almış məhsula tam inansınlar. Maraqlıdır ki, Yaponiya, Almaniya, Koreya kimi ölkələrdə halal məhsula tələbat artıb, nəinki bizim kimi müsəlman ölkələrdə. Buna görə də biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız məhsuldan rahat şəkildə, əminliklə istifadə edə bilsin".

Bəs kimlər bu cür sui-istifadə hallarına yol verirlər?

"Halal” sertifikatı ilə bağlı standartlar olmalıdır"

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, bunun üçün öncə standartlar hazırlanmalıdır: "Bu standartlar dünyada var. Məhsulun üzərinə saxta "halal" adı yazılmamalıdır. Bu gün Azərbaycanda kim istəyir, bunu yazır. Bəzən hansısa şəxslər buna “halallıq” verir. Əksər müsəlman ölkələrində bununla bağlı qaydalar var və hesab edirəm ki, həmin qaydaların ölkəmizdə dəqiq tətbiqi ilə biz müəyyən işləri görə bilərik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələdə böyük məsuliyyət daşıyır. Qurum bu cür problemlərin yaranmamasına çalışmalıdır. “Halal” sertifikatına müəyyən normalar, standartlar əsasında icazə verilməlidir”.

Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Dünya Halal Konqresində iştirak etdiyi zaman şahidi olub ki, 53 ölkədən nümayəndələr halal məhsulun hazırlanması üçün qida əlavələri barədə vahid qərara gələ bilməyiblər: "Bəzi müəssisələr məhsulun üzərinə "halal" adı yazmaqla müştəri cəlb edir. Əslində, “halal” sertifikatı yalnız halal standartları əsasında məhsul istehsal edilən müəssisələrə verilə bilər. Dünyada il ərzində halal məhsullara 30 trilyon pul xərclənir. Halal məhsullar həm də ekoloji təmiz məhsullar hesab olunur. Amma bu gün ölkəmizdə saxta "halal" adı altında məhsullar istehsal edilir. Azərbaycanın əmtəə bazarında “halal” adıyla satılan məhsulların 90 faizə qədəri halal deyil. Keçən ilin sonunda Azərbaycan Standartlaşdırma İnstitutuna bununla bağlı təkliflər verildi. Təəssüf ki, bizim təkliflər qəbul olunmadı. Hazırda sadə, standartları tam olmayan “halal” standart mövcuddur. Əgər bir müəssisə fəaliyyətini kreditlə davam etdirirsə, ona “halal” sertifikatı vermək düzgün deyil. Biz tələb qoyduq ki, müəssisələrdə onlayn izləmə sistemi varsa, belə yerlərə “halal” sertifikatı verilsin. Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır".

Ekspert deyir ki, halal məhsullarla bağlı çağırışlara diqqət yetirilməlidir: "Halal” sertifikatın verilməsi pulsuz və şəffaf olsun. Saxta "halal" adı ilə ölkəyə məhsul gətirən və istehsal edən şəxslər də ifşa olunmalıdırlar”.

"Bu, daha çox vicdan məsələsidir"

“Heydər məscidi”nin imamı Rüfət Qarayevin sözlərinə görə, bu məsələ sertifikatdan və lisenziyadan əvvəl vicdan məsələsidir: "Əgər bir insanın vicdanı, imanı yoxdursa, istər-istəməz müəyyən biznes gəlirlərini, öz şəxsi mənfəətini düşünərək müəyyən bir zamandan sonra insanları hansısa formada aldadacaq. Allah Rəsulunun dövründə bir şəxs buğda satırdı. Bu zaman nəm buğdaların üzərinə quru buğdalar yığılmışdı. Allahın Rəsulu gəlir həmin buğdanın altındakı nəm buğdaları üzə çıxarır və deyir ki, bizim ümmətimizi, insanlarımızı aldadan bizdən deyil. Yəni, insanları aldatmaq olmaz. Dediyim kimi, bu, bir vicdan məsələsidir. İnsanlıq sadəcə qidanın təmizliyində deyil. Allahını, Rəsulunu tanıyan, onu özünə örnək seçən insan bir müsəlman kimi həyatına davam edər. Gördüyü, etdiyi işlərdə, əməllərdə heç vaxt aldatmaz. Baxmayaraq ki, hansısa bir qurumdan, təşkilatdan bir insan gedib lisenziya ala bilər. Ola bilsin, həmin vaxt təşkilat, qurum o işin halallığını təsbit etsin. Amma sonrakı mərhələdə o insanlar müxtəlif yollarla bu qaydaları poza bilərlər".

Axund qeyd edib ki, məhsul üzərində "halal" sözü yazmaq məsələnin həlli deyil: "Ola bilsin ki, həqiqətən də vicdanlı, imanlı insanlar var. Heç halal yazmadan belə işlərini halal görürlər. Yaxud da üzərinə halal yazır, halallığı da tam olaraq qoruyub saxlayırlar. Onun üçün də məsələ tam vicdan məsələsidir. Bir müsəlman mömindirsə, çalışacaq özünə rəva bilmədiyi şeyi digər insanlara da rəva görməsin".

© Kaspi qəzeti 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər